Təhsil naziri Bakı Mühəndislik Universitetində olub Nazirlik, BMU 3 Nisan 2017-ci il Aprelin 3-də təhsil naziri Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin maddi-texniki bazası ilə tanış olub, universitet rəhbərliyi və müəllim heyəti ilə görüşüb.Görüşdən əvvəl təhsil nazirinə mexanika və kimya mühəndisliyi laboratoriyalarının fəaliyyəti barədə məlumat verilib, kadr hazırlığında unikal baza hesab edilən universitet laboratoriyalarının təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.Universitetin rektoru Havar Məmmədov bildirib ki, ali təhsil ocağında bakalavr səviyyəsində 3800 tələbə təhsil alır. Bu tədris ilində 9 tələbə Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə isə universitetdə 55 Prezident təqaüdçüsü təhsil alır.Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdır. Xüsusən, dünya miqyasında tanınan ali təhsil müəssisələrində qəbulun əlçatan olması və ötən illərlə müqayisədə asanlaşması hər bir universitetdən öz keyfiyyətini artırmağı tələb edir. Nazir son 4 ildə təhsil sahəsində aparılan islahatlar və görülən işlər barədə məlumat verib.Bakı Mühəndislik Universitetindəki idarəetmə formasına diqqət çəkən nazir bildirib ki, bu təhsil ocağının universitetlər arasında layiqli yer tutması üçün zəruri dəstək göstəriləcək.Sonda universitetin professor və müəllim heyəti ilə birlikdə fikir mübadiləsi aparılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.