33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub Təhsil » Nazirlik 17 Ağustos TƏBRİK EDİRİK!..2020-ci il avqustun 17-də yeni Təhsil naziri Emin Əmrullayev Simuzər Feyzullayevanı nazirin müşaviri təyin edib. Simuzər Rafiq qızı Feyzullayeva - 1987-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakının Səbail rayonunda yerləşən 219 saylı orta məktəbdə təhsil alıb.2004-cü ildə 565 balla Bakı Dövlət Universitetinin "Hüquq” Fakultəsinə daxil olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Simuzər Feyzullayeva 2010-cu ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ magistr proqramında təhil alarkən Vyana şəhərində 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə "Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə "KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.Simuzər Feyzullayeva "KPMG Azerbaijan Ltd” şirkətində çalışan zaman – 2019-cu ildə Baş nazirin müavini Yaqub Eyyubovun əmri ilə Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının İşçi qruplarının tərkibinə daxil edilib.Biz də hörmətli Simuzər xanım Feyzullayevanı Təhsil nazirinin müşaviri vəzifəsinətəyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az P.S. :Onu da bildirək ki, Simuzər Feyzullayeva 1989-1992-ci illərdə Azərbaycan Respublikasının xalq təhsili naziri vəzifəsində çalışmış, 15 sentyabr 1992-ci ildə Azərbaycan Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Azərbaycan Respublikası müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini vəzifəsinə təyin olunmuş tanınmış alim, riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Rafiq Babaş oğlu Feyzullayev in qızıdır.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.