Rafiq YUSİFOĞLU: Həyatı və Yaradcılığı Sumqayıt, Poeziya, Ədəbiyyatşunaslıq, Müsabiqə 6 Kasım Rafiq Yusifoğlu (Rafiq Yusif oğlu Əliyev) – şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı.Həyatı və fəaliyyəti:Rafiq Yusifoğlu - 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.Əsərləri:Yurdum-yuvam. Bakı: Gənclik, 1983, 72 səh.Ətirli düymələr. Bakı: Gənclik, 1986, 88 səh.Ocaq yeri. Bakı: Yazıçı, 1989Aylı cığır. Bakı: Gənclik, 1992Qəm karvanı. Bakı: Sumqayıt, 1997Həsrət köçü. Bakı: Sumqayıt, 1998Сладкий дождь (rus dilində). Bakı: Şuşa, 1998Dünya xalqlarının nağılları. Bakı: Azərbaycan, 1998Azərbaycan poeması: axtarışlar və perspektivlər. Bakı: Elm, 1998Xatirə kəcavəsi. Bakı: Elm, 1999Bahar qatarı. Bakı: Azərbaycan, 1999Kitabi-Dədə Qorqud. Bakı: İşıq, 1999Böyük arzuya gedən yol. Bakı: Azərbaycan, 2000Möcüzəli xəzinə. Bakı: Azərbaycan, 2000Təzə sevdalara doğru. Bakı: Şuşa, 2000Çiçək yağışı. Bakı: Şuşa, 2000Ədəbiyyatşünaslığın əsasları. Bakı: Sabah, 2001Söz çəməni. Bakı: Azərbaycan, 2002Uşaq ədəbiyyatı. Bakı: Təhsil, 2002Ayrılığın qəm hasarı. Bakı: Təhsil, 2002Günlərimiz, aylarımız. Bakı: Azərbaycan, 2003Bir sevdalı ürəyim var. Bakı: Çaşığolu, 2003Ədalətli hakim. Bakı: Azərbaycan, 2004Şirin yuva. Bakı: Azərbaycan, 2004Müasir ədəbi proses və ədəbi tənqid. Bakı: Çaşıoğlu, 2004Min dovşan otaran çoban. Bakı: Azərbaycan, 2005Zamanın qatarı. Bakı: Azərbaycan, 2005Həsrət sazağı. Bakı: Şivannəşr, 2005Ədəbiyyatşünaslığın əsasları. Bakı: Şivannəşr, 2005Dəniz səviyyəsi. Bakı: Şivannəşr, 2005Meymunlar ölkəsi. Bakı: Azərbaycan, 2006Yollar. Bakı: Azərbaycan, 2006Uşaq ədəbiyyatı. Bakı: Şivannəşr, 2006Daha uşaq deyiləm. Bakı: Şivannəşr, 2006Sevdalı sabahlar. Bakı: Şivannəşr, 2007Namusu qoru. Bakı: Azərbaycan, 2007Ana dilim. Bakı: Azərbaycan, 2007Tanrının ömür payı. “Sumqayıt” nəşriyyatı, 2007İlahi qazlar. Bakı: Azərbaycan, 2008Sehrli üzük. Bakı: Azərbaycan, 2008Ana dili (Əlifba, oxu). Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2008Eşqin qarlı yollarında. Bakı: ADPU, 2008Dəniz, sən və mən. Bakı: ADPU, 2009Qızıl balıq (tərcümələr). Bakı: Lider-press, 2009Ulu yurd yerlərimiz (məqalələr). Bakı: Lider-press, 2009Azərbaycan dili 2. Bakı: Çaşıoğlu, 2009Möcüzəli ağac (tərcümələr). Bakı: Azərbaycan, 2010Elm və helm (hekayələr və nağıllar). Bakı: Azərbaycan, 2010Qoruq və yasaqlıqlarımız (məqalələr). BAkı: Azərbaycan, 2010Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri. Bakı: ADPU, 2010REDAKSİYADAN:Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından - tanınmış şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professoru, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, "Göyərçin" jurnaının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı, çox hörmətli Rafiq Yusifoğluna (Rafiq Yusif oğlu Əliyevə) yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımıza ərmağan edirik!..Müşfiq BORÇALI.Şeirlərindən nümunələrTANRIM İLƏ ÜZ-ÜZƏ***Allahım,çaya axma desən,axarmı?Şimşəyə çaxma desən,çaxarmı?Gözlərə baxma desən,baxarmı?Həvva nənəmizinbir günahından ötrüAdəm babamızabu zülmləri vermisən,– Kişi dəarvad sözünə baxarmı?***Səni unutduğumuz üçünKöksümüzdə həmişədağ olur, Allahım!Bəlkə də elə ona görəövladlarımız üzümüzəağ olur, Allahım?!***Allahım!Sənin ürəyin,sənin səbrin böyük…Bizim ruhumuzaod ələmisən.Qəlbimizielə yaratmısan ki,ləzzət çəkməyə aludəyik, –Bəs onu bizəniyə qadağan eləmisən?Açılan gül gözəl idisə,sənin əmrinləniyə solurdu ki?!Ləzzətinnə demək olduğunu bilməyənielə daş, torpaq yaratsaydın,nə olurdu ki?!***Bu qədərhaqsızlıq olar?! –Bəbəklərimdəşimşəklər çaxır.Ancaq özümə təskinlik verirəm:Allah təkcə mənimAllahım deyil,mənə kələk gələnlərin dəAllahıdı axı?!***Mən bu ölümləəvvəl-axırbarışmalıyam. –Ancaq…Yaratdığınıniyə öldürürsən? –Ulu Tanrıdansoruşmalıyam…HƏVVA NƏNƏHəvva nənə!Nəfsini saxlayıb,buğda yeməsəydin,indi Cənnətdə yaşayırdıqhamımız.Gözümüzdə qalmazdıbu qədərarzu-kamımız.Buğda nədir ki,indi sənin nəvə-nəticəntorpaq, daş yeyir.Bir az artıq qazansın deyəuf demədənbaş yeyir…Elələri də var ki,bir tikə buğda çörəyindən ötrüdili qısa olub.Haqqa, ədalətəqahmar çıxmaqonun üçün yasaq olub.Bir buğdadan ötrübir nəsli cənnətdənqovdurdun,Həvva nənəmiz!Belə getsə,başımıza gələcək hava,nənəmiz!Nə qədərAllaha yalvarsaq da,nə qədərgetsək də minnətə,yolumuz bir də düşəcəkmiCənnətə?Həvva nənə!Buğdanı yeyəndən sonrasevişmək yamanca gəldixoşuna.Bu nə oyun idi açdınAdəm babamızınbaşına?!Bəlkə də sən haqlısan, –Şükür eləməliyikAllahın verdiyi paya.Bəlkə dəbuğda yeyibyaratmaq eşqinədüşməsəydin,biz də gəlməzdikdünyaya…Həvva nənə!Səni sevgi sevincindəndaşındıra bilmədinə mələklər,nə içindən çaylar axanCənnət bağı.Bir də ki,oğul-uşaqsız,nəvə-nəticəsiznə Cənnət axı?!DİKTOFONA DEYİLƏN ŞEİRAyağımın altındabəmbəyaz qar xırtıldayır,Şaxta üzümdən,yanaqlarımdan öpür…Allahım elə bilgöylərdən başımanoğul səpir…Başımın üstündəquşlar bəxtiyarlıqla ötür,Ayaqlarım dovşanlarınləpirini örtür. –Ovçulardan gizlədikcəonların izini,bəxtəvərlər bəxtəvərisanıram özümü…Dinləyirəm həmişəürəyimin sözünü, –O ürəyə görəçox sağ ol, Allahım!Sağ ol ki,qəlbimdəki arzu güllərinidərmisən.Çox sağ ol ki,bu ürəyimənə vermisən…Gözəlliyə gedən yolubiganələr üçünbağlamısan.Çox sağ ol ki,quşların dimdiyindənmənə həmərsin,quşarmudu,əzgil payısaxlamısan…***Zirvəyə dırmanıbyorulmuşam,indi nəfəs dərirəm.Yazda çiçəkləriniöpüb qoxladığımhəmərsinlərinindi meyvəsini dərirəm…Əlimə sancılsa da,bu yerlərin tikanı,ürəyimə necə doğmadı,Allahım,gözəlliklər məkanı….***Həmərsinlər budaqdaqırmızı işıq kimi yanır. –Qarlı düzlərlə getdikcəelə bil məni çağırır:hara gedirsən,dayan! – deyir.Aç gözünü xabi-qəflətdən,oyan! – deyir.Allahın nurunaboyan! – deyir.Kollar ətəyimdən yapışıb,getmə, dayan! – deyir.Tanrının hikmətləriolmadımı sənə əyan? – deyir……Bu dünyadan nə ürək,nə də göz doyan deyil…Düşünmək üçün şeirlər ...QOCA VƏ CAVAN Sən cavansan, мən qoca.Sən tülusan, мən qürub.Sənin ürəyində arzular,Мəniм ürəyiмdə xatirələr yuva qurub…Ikiмiz də gözləyirik taleyin üzüмüzə güləcəyini.Мən sənə baxanda keçмişiмi görürəм,Sən мənə baxanda gələcəyini…14.11.2012 BIR DƏSTƏ GÜL OLSAYDIМ «Bir dəstə gül olaydıм,Asılaydıм yaxandan».BayatıdanTaleyinə başqa adla yazılмaq istəмirəм,Bir dəstə gül olub yaxandan asılмaq istəмirəм.Istəyirəм ki, səni görəndə yaxından,ciyərləriмə gül-çiçək ətri yox, sinənin öz ətri çöksün.Bir dəstə gül olub asılsaydıм yaxandan,Dəyərini bilərdiммi o yaxanın altındakı sevdalı köksün?! 03.11.2014 MAVİ DÜNYAAy insafsızlar, niyə pozdunuz bu gözəl dünyanın ritmini, ahəngini?Yer üzünün ən anormal adamlarına necə yaraşdırdınız Dünyanın ən gözəl rəngini? Indi mavi rəngə gözümüzün ucuyla baxırıq,Indi mavi sözündən ilan ulduzdan qorxan kimi qorxuruq.Masmavi sevgi dünyamızı əlimizdən aldınız,Sevdiyimiz bir rəng var idi, onu da gözümüzdən saldınız… 06.02.2016. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.