Hüseyn Kürdoğlunun poetik dünyası... Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq 19 Ocak Görkəmli alimimiz, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyası bu günlərdə işıq üzü görüb. Yüksək bədii tərtibat, nəfis şəkildə "Sabah" nəşriyyatında çap olunmuş bu kitab XX yüzilliyin 50-ci illərində ədəbiyyata gəlmiş görkəmli şair, alim, mütərcim H.Kürdoğlunun yaradıcılığı, onun ədəbi-bədii dünyagörüşünü, təfəkkürünü formalaşdıran mühiti və tarixi ədəbi proses fonunda araşdırılır, ədibin şeir yaradıcılığı fundamental şəkildə təhlil olunur. Monoqrafiyanın "Ön söz"ünün müəllifi akademik, görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəyli, redaktoru çağdaş ədəbiyyatımızın tanınmış araşdırıcısı, professor Şirindil Alışanlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorlarları, müşfiqşünas, vurğunşünas alim Səfurə Quliyeva və Əroş Vəliyevdir. Monoqrafiyada mərhum şairin mühiti, həyatı, yaradıcılığının ilk illərindən tutmuş poetik dünyası, təcnisləri, dördlükləri, gəraylı, bayatıları, ağıları, rübailəri, təsnifləri, nəğmələri, uşaq şeirləri, tərcümələri, folklorşünaslıq fəaliyyətinə qədər ətraflı şəkildə araşdırmaya cəlb olunub.Akademik İsa Həbibbəylinin sözləri ilə desək "Professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası"monoqrafiyasının strukturu da yeni və orijinaldır." Hörmətli alimimiz, sevimli həmkarımız, professor Qəzənfər Paşayevə gərgin zəhmətin bəhrəsi olan bu monoqrafik tədqiqatına görə şükranlar deyir, sağlam, uzun ömür arzulayırıq.VÜQAR ƏHMƏDfilologiya üzrə elmlər doktoru, professor,AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq+" Yaradıcılıq Birliyinin sədri,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.