Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub Yeni nəşrlər, Regionlar 25 Mayıs 2017-ci il mayin 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Ağaveyis Şirvaninin anadan olmasının 75,yaradıcılığının isə60 illiyi qeyd olunub və onun elə bu günlərdə Bakıdakı "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmiş "Sağalan deyil" adlı yeni kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə tədbirin aparıcısı tanınmış yazıçı-dramaturq-publisist, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Elçin Hüseynbəyli yubilyarın həyat və fəaliyyəti barədə məlumat verərək bildirib ki, məşhur Seyid Əzimin xələflərindən olan Ağaveyis Şirvani poziyamızın beşiklərindən sayılan füsunkar Şamaxının Ərəbşalbaş kəndində anadan olub və klassik üslubda, müxtəlif janrlarda yazan qələm sahibidir.Tarixçi və ilahiyyatçı kimi yurdunda söz sahibi olan Ağaveyis Şirvaninin indiyə kimi şeir və poemalardan ibarət 8 kitabı nəşr olunub. O, bu kitablar arasında "Gənclik illərim", "Keçən günlər qayıtmaz ", "Sağalan deyil" kitablarının adını xüsusi qeyd edib.Sonra söz Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, bir çox nüfuzlu beynəlxalq təşkilatların sədri Çingiz Abdullayevə verilib. O, yubilyara can sağlığı və yeni yaradıcılıq uğurları diləyib və yaradıcılığının 60 illiyilə bağlı AYB-nin rəhbərliyi adından Fəxri fərmanı A.Şirvaniyə təqdim edib.Tədbiri "Sağalan deyil" kitabının ön sözünün müəllifi, şair və publisist Əli Aslanoğlu davam etdirərək, A.Şirvanini ruh və iman adamı kimi dəyərləndirib və qeyd edib ki, bu xüsusiyyət onun əsərlərində də özünü qabarıq büruzə verir. "Ağaveyis Şirvaninin əsərlərinin kökündə xalq dili, xalq ruhu, milli adət-ənənələr durur"- deyə o bildirib."Kredo" qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Əlirza Xələfli A.Şirvaninin yaradıcılığından danışaraq qeyd edib ki, "Sağalan deyil" kitabının müəllifi harda olur-olsun Tanriya tapınınr.Tənqidçi Bəsti Əlibəylinin fikrincə, A.Şirvaninin yaradıcılığı dastan təhkiyəsinə əsaslanır.Tədbirdə kitabın naşıri Müşfiq Borçalı, yazıçı-dramaturq Firuz Mustafa, şairlər Musa Ələkbərli, Dayandur Sevgin, Fərqanə Mehdiyeva, Nəcibə İlkin və başqaları A.Şirvanini yubiley münasibətilə təbrik edib, onu yüksək keyfiyyətli insan kimi dəyərləndiriblər. Çıxış edənlər şairin yaradıcılığından, poeziyasından, onun həyata, insana münasibətindən və eləcə də bir dost kimi müsbət xüsusiyyətlərindən söhbət açıblar.Görüşün sonunda Ağaveyis Şirvani tədbirin təşkilatçılarına və onun sevincini bölüşən bütün iştirakçılara öz minntədarlığını bildiribi.Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, “Yada düşdü” jurnalının təsisçisi Nəzakət xanım Məmmədova və b. tanınmış qələm adamları və ziyalılar iştirak ediblər.Etibar OVÇUYEV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.