“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb Yeni nəşrlər, Naxçıvan 7 Haziran AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq bütövlükdə Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini öyrənir, təbliğ edir.Bu mənada müxtəlif illərdə şöbə əməkdaşlarının “Naxçıvan dialekt və şivələri”, “Naxçıvan ağızlarının söz varlığı”, “Azərbaycan dilinin Şahbuz şivələri” və “Naxçıvan şivələrinin frazeologiyası” kitabları çap olunub. Bu günlərdə isə regionun dialekt və şivələrini öyrənilməsi istiqamətində aparılan araşdırmaların və dialektoloji ekspedisiyaların nəticəsi olaraq daha bir kitabın nəşri həyata keçirilib. Belə ki, institutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəşr olunan kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən artıq dialekt sözlər toplanılıb, onların mənası dəqiqləşib, işlənmə məqamları verilib. Nəşrdə toplanılan sözlər dilimizin tarixini, xalqımızın keçmişini, həyatını və məişətini özündə əks etdirir.Bundan əlavə kitabda bölgədə təsadüf edilən dialekt vahidləri Azərbaycan dilinin digər bölgələrdəki türk dünyası dialekt və şivələrdəki eyni leksik vahidlərlə struktur-semantik cəhətdən müqayisə olunur.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.