Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olacaq Yeni nəşrlər, Tiflis 12 Haziran 2017-ci il İyunun 13-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordeni kavaleri Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olacaq. Qeyd edək ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Tbilisidə işıqüzü görmüş kitabın ikinci nəşri iki dildə - Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub. Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov və “Gürcüstan” qəzetinin redaktoru, Gürcüstanın Əməkdar jurnalisti İslam Əliyevin redaktəsi ilə nəşr olunan kitabda müəllifin - Gürcüstanın Əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatında dərc olunan, eləcə də Azərbaycan və Gürcüstan televiziyalarında səslənən yazıları toplanıb. Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə də onun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuya çatdırılır. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələrini ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat tədbirinə dəvət edirik. Tədbir saat 15.00-da başlayacaq.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.