Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb Yeni nəşrlər, Borçalı 27 Mart Təbrik edirik!..Bu günlərdə qonşu Gürcüstanda -qədim Borçalı mahalında yaşayıb-yaradan gənc və istedadlı şair Eltun Mehdioğlunun “Ömür” adlı ilk şeirlər kitabı nəfis şəkildə işıqüzü görüb.Kitabın ilk təqdimatı Marneulidə keçirilib. Tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev gənc şairi ilk kitabının nəşr olunması münasibətilə təbrik edərək, bütün gənclərə yaradıcılıq sahəsində uğurlar arzulayıb və həmişə onlara dəstək olacağını bildirib. Marneuli rayon bələdiyyəsinin sədri Amiran Giorqadze də öz çıxışında Eltun Mehdioğlunu ilk şeirlər kitabının nəşri ilə bağlı ürək sözlərini bildirib. Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə gənc şairə çətin və şərəfli poeziya yolunda uğurlar arzulayıb və ümid etdiyini bildirib ki, Eltun Mehdioğlu gələcəkdə də yeni kitabları ilə oxucuların görüşünə gələcək.Eltun Mehdioğlu əslən Marneulinin Əzizkənd kəndindəndir. Tədbirdə həmin kənddə fəaliyyət göstərən məktəbin müəllimi Fərman İbrahimov keçmiş şagirdinin gözəl məzmunlu şeirlər müəllifi kimi ictimaiyyət arasında sevildiyini bildirib. Sonda aşıqlardan Gülayət xanım, Novruz, Şahid saz havaları ilə gənc şairin şeirlərinə bəstələnən mahnıları ifa ediblər. Tədbirin sonunda kitabının müəllifi Eltun Mehdioğlu kitabın ərsəyə gəlməsində və nəşr olunmasında zəhməti keçən insanlara, xüsusən parlament deputatı Ruslan Hacıyevə dərin təşəkkürünü bildirib. Sonra o, özünün imzası ilə kitablarını oxuculara hədiyyə edib. REDAKSİYADAN:Biz də fürsətdən istifadə edərək, Borçalıda yaşayıb-yaradan gənc və istedadlı şair Eltun Mehdioğlunu “Ömür” adlı ilk şeirlər kitabının nəfis şəkildə işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda kitaba yazılmış "Ön söz"ü və müəllifin bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AzÖN SÖZEltun müasir ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən və maraqla izlədiyim az sayda şairərdən biridir, hətta birincilərdəndir. Onun daxili dünyası, düşüncə tərzi insanı düşünməyə vadar edir. Qədim Türk diyarı, Azərbaycan yurdu Borçalımızın Türk oğlu Eltunun şeirlərində öz kəndindən tutmuş, Borçalıya, Azərbaycana, ümumi Türk dünyasına olan sevgi açıqca görünür.Tarixdə ad qoyub "Boz Qurd"lar yurdu,Hər zaman düşmanı gözündən vurdu,Zəfərlər qazandı yenilməz ordu,Çətin önünüzdə əyiləm, sınam!Məni tanımırsan? Borçalıdanam!Eltunun öz doğuldu kəndə, elə, obaya bağlılığı isə onun saf hislərinin şeirlərində hiss edilməsində ən böyük səbəbdir. Vətən sevgisi ilə yanaşı öz doğmalarına və bütün insanlığıa olan saf duyğuları Eltunu fərqləndirən xüsusiyyətlərdən biridir. Mən Eltunun şeirlərini oxuyanda ta Dədəm Qorquddan tutmuş Zəlimxana qədər, hətta min il də bundan sonraya qədər səyahət edə bilirəm. Mayadan bəhrələnərək fərqliliklər yaratmaq Eltunu fərqləndirməklə yanaşı, həm də doğmalaşdırır.Dünyada heçkəsi ucada tutma,Tək qadir Allahdı başın üstündə.Birinin qəlbini qırmağa nə var?Qurunun üstündə.. yaşın üstündə.Eltunun şeirindəki fəlsəf ə ilə yanaşı axıcılığın səbəbi də elə yuxarıda sadaladıqlarımdır. Vətən, Yurd, İnsanlığa və Allaha sevgi ilə çulğayan ürəkdən gələn şeir dağların qoydundakı saf bulaqlardan süzülən dağ suyu qədər ləzzətli gəlir, oxuduqca insanın bütün bədəninə zövq bəxş edir, ruhunu oxayır.Bunların hamısından daha önəmli zəhmətkeş şairdi Eltun. İnsanlara ev tikərək, yuva yaradaraq müqəddəs bir işlə məşğul olmaqla yanaşı öz sözü ilə də neçə dərdliyə, sevincliyə saraylar, taxtlar tikməyi bacarıb.Eltun haqqında çox danışmaq olar. Hətta o qədər çox danışmaq olar ki, kitab belə həsr etmək olar. Sadəcə olaraq oxuyanları bezdirməmək üçün sözümü qısa kəsib oxuculara Eltunun şeirlərini oxumağı təklif edirəm.Hərə özünü, öz dünyasını tapacaq, öz evgisini, öz sevincini, öz acısını tapacaq Eltunun şeirlərində.Sonda onu qeyd edim ki, Eltunun şeirlərini oxuyanda Borçalı ləhçəsi ilə oxumağa çalışın. Onda alacağınız zövqə görə mənə təşəkkür edəcəksiniz.İnanıram ki, bu Eltunun ilk kitabı olmaqla yanaşı, gələcəyin böyük şairinin ilk addımı kimi tarixdə öz layiqli yerini tapacaq.Şair tər tökər , misrada,İnci, naxış, zər misrada,Səni sevdim hər misradaArzuma çatam, qoymurlar.Yaxın gəlməz ölüm daha,Səsim çatmaz göydə şaha,Dərdim var dünyadan baha,Ucuza satam, qoymurlar.Nə yaş qaldı qocalmağa?Vaxt olmadı ucalmağa,Şeytanlar, Namaz qılmağa,Qoymurlar Atam, qoymurlar.Bu nə vərdiş? bu nə peşə,Nə dağ gördüm, nə də meşə,Axşam evə, səhər işə,Qoymurlar yatam, qoymurlar.Əlləşirəm, dərdlə-qəmlə,Min ağrıyla, min vərəm lə,Eltun, kağızla-qələmlə,Başımı qatam.. qoymurlar.Eltunun ən sevdiyim şeirlərindən biri bu şeirdir. “qoymollar, atam, qoymollar”. Eltunun gözəl şeirləri də məni qoymurlar onları oxumadan durum. Rauf Qərib Alagöz, Şair, Azərbaycan Yazıçılar Birliyini və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Prezident təqaüdçüsü, “Qızıl Qələm” mükafatçısı ***BORÇALIDANAMTarixdə ad qoyub "Boz Qurd"lar yurdu,Hər zaman düşməni gözündən vurdu,Zəfərlər qazandı yenilməz ordu,Çətin önünüzdə əyiləm, sınam,Məni tanımırsan? Borçalıdanam! Ömrümüz al-əlvan, çiçəkli-güllü,Oğullar qeyrətli, qız şirin dilli,Vallah, şöhrətimiz- şanımız bəlli,Mən namərd deyiləm, əslimi danam,Məni tanımırsan? Borçalıdanam! Gör bir əriyərmi dağların qarı?Canlanır təbiət bahara sarı,Həyadı, ismətdi dövlətim-varım,Vətənsiz nəyim var? Bir quru canam,Məni tanımırsan? Borçalıdanam! Sazdı, Şeiriyyatdı damarda, qanda,Çox olub dahilər, Şair, Ozan da,Ruhumuz titrəyir Saz çalınanda,Quş tək pərvazlanıb dağlara qonam,Məni tanımırsan? Borçalıdanam! Eltun Mehdioğlu yazar neçə bənd,Sözləri xoş olar, sanki şəkər, qənd,Yurdum "Qurd Çalası", mənimdir hər kənd.Sanmayın bu yerdə ömrü viranam!Məni tanımırsan? Borçalıdanam!GORARXINDA TAPARSANTanrı bizə gözəlliyi pay verib,“Dərdə dərman” Gorarxında taparsan.Çəmən verib,çeşmə verib, çay verib,“Gözəl məkan” Gorarxında taparsan.İlahidi bu Ellərin dayağı,Hər tərəfə yayılıbdır sorağı,Əzizkəndin cana məlhəm bulağı,“Şöhrətlə şan” Gorarxında taparsan.Burda olub neçə Ağa, neçə Şah,Burda olan bircə dəfə çəkməz ah,Var eyləsin, bu elləri qoy Allah!Çox “Paşa-Xan” Gorarxında taparsan.Mehdioğlu, adın Elə bəllidir,Şeirlərin çox dərdlərin həllidir,Elin-oban çiçəklidi güllüdür“Cənnət-rizvan” Gorarxında taparsan.KƏNDİMİNÇox olmuşam qürbət ellər qonağı,Çox çəkmişəm həsrətini, kəndimin.İxtiyarsız gözlərimə yaş dolub,Soruşanda vəzyətini, kəndimin.Yaz olunca yaşıllaşır çölləri,Çöllərində al-əlvandı gülləri,Yüz də gəzdim neçə-neçə elləri,İtirmədim zəhmətini, kəndimin.Mərd kişinin əyilərmi biləyi?Körpəlikdən halal olub bələyi,Xanımları yer üzünün mələyi.Qorumuşuq cənnətini, kəndimin.Mehdioğlu, qazandığın ad- elin,Hey eşidim günlərini şad elin,Dəyişmərəm, bir ilinə yad elin,Bircə anlıq ləzzətini, kəndimin!DARDADIR VƏTƏNYığışın bir yerə ey ulu Türküm,Köməyə tələsin,dardadır vətən.Biz yoxsaq vətəni qoruyacaq kim?Düşünün, görün ki hardadır vətən!Bizə hazırlanıb bu çətin sınaq,Düşmanın önündə əyilək, sınaq?Bizi gözləmirmi cənnət Qarabağ?İnləyən kamanda, tardadır vətən.Gəlibdir ey Türküm, vaxtı-zamanı,Bütöv görmək üçün Azərbaycanı,Tökəyin uğrunda hər damla qanı,Harda qan tökülür...ordadır, vətən.ŞÖHRƏTİM TÜRK, ŞANIM TÜRK! İtirmişik rahatlığı, dincliyi. Ağrıların, zədələrin əlindən. Azadlıqa çıxmamışıq neçə il Qorxuların, hədələrin əlindən. Tanrı verib canı bizə, əmanət. Qanımızda olub bizim, cəsarət, Bircə dəfə edərmiyik şikayət Keçən günün, vədələrin əlindən?! Türk oğluyam damarımda qanım Türk,Varlığım Türk, bu ruhum Türk, canım Türk,Ucalığım, şöhrətim Türk, şanım Türk,Əyilmərəm gədələrin əlindən!BAŞKEÇİDİN DAĞLARIDost- tanışla qarış-qarış gəzmişik,Olub mehman Başkeçidin dağları.Birgün yenə dönəcəyəm mən sənə,Könül açan Başkeçidin dağları.Uca dağlar burda verib baş-başa,Hər tərəfi gül-çiçəkli tamaşa,Gəlib burda ömrü-günü xoş yaşa,Cənnət məkan Başkeçidin dağları.Çəmənliklər, buz bulaqlar burdadı,Qış gələndə zirvələrin qardadı,Qazanmısan əbədiyyən yurd adı,Dərdə dərman Başkeçidin dağları.Mehdioğlu gəlib oldu qonağın,Hər tərəfdən gəlir səsin- sorağın,İgidlərd-ərənlərdi dayağın,A gülüstan Başkeçidin dağları.Eltun MEHDİOĞLU,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.