Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayevin 100 illik yubileyinə həsr olunan kitab işıqüzü görüb Yeni nəşrlər, Başkeçid 5 Mart HƏMKARIMIZIN YENİ KİTABI ÇIXIB Dəyərli həmkarımız, "Şərqin səsi" qəzetinin şöbə müdiri, AYB və AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, istedadlı yazıçı-publisist, tanınmış meşəçi,çox hörmətli el ağsaqqalıƏlləz Ormeşənlinin sayca dördüncü olan “Mehdi Mustafayev -100. Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi” adlı yeni kitabı çapdan çıxıb. ZiM.Az xəbər verir ki, yazıçı-publisist Əlləz Vəliyevin böyük məhəbbətlə tərtib etdiyi bu kitabda Azərbaycanda meşə təsərrufatının gorkəmli təşkilatcısı, tanınmış dovlət xadimi, meşəçilərin yaxın dostu, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayevin həyat və fəaliyyətindən bəhs edilir. Kitabda M.Mustafayevin 1936-cı ildə Azərbaycan Kənd Təsərrufatı İnstitutunu bitirməsi, 1936-cı ildən 1942-ci ilə kimi Şamaxı rayonunda torpaq şobəsində aqronom, Samux rayonunun 2 nomrəli Qarayeri sovxozunda şobə mudiri, direktor vəzifələrində calışması, İkinci Dunya muharibəsi illərində dovlət tərəfindən xususi tapşırıqla İrana gondərilməsi, oradan qayıtdıqdan sonra Azərbaycan KP MK-da bir sıra məsul vəzifələrdə, o cumlədən ərzaq və kənd təsərrufatı şobəsi mudirinin muavini vəzifəsində işləməsi haqqında ətraflı məlumatlar verilib.Kitabda həmcinin 1947-1948-ci illərdə Mehdi Mustafayevin Tovuz rayon Partiya Komitəsinin birinci katibi təyin olunması, həmin dovrdə rayonun kənd təsərrufatı məhsullarının istehsalında, üzümçülüyün inkişaf etdirilməsində əldə etdiyi yuksək nailiyyətlərə gorə ən yuksək ada – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi, 1948-ci ildən 1979-cu ilədək respublikada meşə təsərrufatına rəhbərlik etməsi ilə bağlı dolğun məlumatlar da öz əksini tapıb. Böyük sevgiylə qələmə alınmış coxsaylı yazıları və xatirələri oxuduqca aydın olur ki, Mehdi Mustafayev həmişə, hər yerdə işguzarlığı, bacarığı, təşkilatcılığı, yenilik hissi, insanlara diqqət və qayğısı, xalqa və torpağa bağlılığı ilə fərqlənib. O dovrdə Azərbaycanda meşələrin muhafizəsi və bərpası, yeni yaşıllıq massivlərinin və tarlaqoruyucu meşə zolaqlarının salınması, kənd təsərrufatına yararsız torpaqlarda, dərə-yarğanlarda meşəsalma, dağ yamaclarında terras usulu ilə eroziya əleyhinə qoruyucu meşələrin yaradılması, subtropik və qərzəkli bitki cinslərindən istifadə edilməsi, meşə-bağlarının və plantasiyalarının salınması, yeni-yeni ağac cinsləri əkməklə meşələrin növ tərkibinin zənginləşdirilməsi və məhsuldarlığının artırılması bilavasitə Mehdi Mustafayevin adı ilə bağlıdır. Həmin illərdə yaradılmış yaşıllıqlar, qoruyucu meşə zolaqları, eroziya əleyhinə meşəliklər, meşə-bağları Mehdi Mustafayevin sağlığında ozunə ucaltdığı mohtəşəm abidələrdir.Mehdi muəllim respublikanın bəzi rayonlarında eroziyaya uğramış dağ yamaclarının muhafi zəsinə xususi fikir verirdi. Bu məqsədlə onun təşəbbusu ilə qoruyucu meşə zolaqları yaradılır, Orta Asiyadan quraqlığa davamlılığı ilə secilən pustə və digər ağac cinsləri gətirilir, eroziya ilə mubarizədə sumax, itburnu kimi kol cinslərindən istifadə olunurdu. Bir sözlə, onun adı ilə bağlı olan butun nəcib əməllər kitabda ətraflı işıqlandırılıb.Geniş oxucu kutləsi ucun nəzərdə tutulan bu kitabda gorkəmli dovlət xadimi, gozəl insan, Sosialist Əməyi Qəhrəmanı, respublikada 31 il meşə təsərrufatına fasiləsiz rəhbərlik etmiş Mehdi Mustafayevin həyat və fəaliyyəti ilə bərabər, həm də onunla ciyin-ciyinə calışmış insanların, onun rəhbərliyi altında işləyərək formalaşmış mutəxəssislərin, onu tanıyıb sevənlərin, doğma və əzizlərinin xatirələri verilib.Mehdi Həsən oğlu Mustafayevin unudulmaz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq hazırlanmış bu kitab onun 100 illik yubileyinə həsr edilib. Allah sizə qəni-qəni rəhmət eləsin, Mehdi muəllim!..Siz qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaqsınız!...P. S. : - Xatırladırıq ki, Əlləz Vəliyev (Ormeşənli) - 1952-ci ildə Ulu Borçalımızın qədim Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub. 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib. Uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləyib. O, işlədiyi müddətdə doğma elinə, təbiətə, o, yerlərin insanlarına daha çox bağlanıb. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazmışdır. Həmin kitaba görə müəllif “Qızıl Qələm” mükafatı laureatı adına layiq görülmüşdür. “Xalqa – elə məhəbbətin bəhrəsi” toplusu ikinci, meşəçilər haqqında yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabı isə müəllifin üçüncü, “Mehdi Mustafayev -100. Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi” kitabı isə dördünçü kitabıdır.Əlləz Vəliyev (Ormeşənli) hazırda "Şərqin səsi" qəzetinin şöbə müdiridir.Biz də çox hörmətli Əlləz müəllimi yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.