“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ərəb ədəbiyyatı üzrə tədqiqatçısı Könül Eyvazovanın “XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiyası çapdan çıxıb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova ZiM.Az-a bildirib ki,

monoqrafiyada Azərbaycan elm tarixində qədim köklərə malik olan ərəb dilçiliyindən, onun sistemli şəkildə inkişafı məsələlərindən bəhs olunur, bu prosesin tarixi mərhələləri təhlilə cəlb edilir.


“Ərəb ədəbiyyatının Azərbaycanda yayılması və öyrənilməsi”, “Orta əsrlərdə Azərbaycanda ərəb dilçiliyi”, “Ərəb dilinə aid orta və ali məktəb dərslikləri” və digər dilçilik mövzularını əhatə edən yeni nəşr tələbə və tədqiqatçılar üçün dəyərli mənbədir.

Monoqrafiya Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun xatirəsinə ithaf olunmuş elmi töhfədir.

Qeyd edək ki, əsər XX əsrdə ölkəmizdə ərəb dilçiliyinin təşəkkülü, onun inkişаf istiqamətlərinin müəyyən edilməsi, öyrənilməsi və bu elmin inkişafında xidmətləri olan alimlərin yaradıcılığının araşdırılması sahəsində ilk təşəbbüsdür.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: