Professor Tofiq Mansurovun yeni uğurları Yeni nəşrlər, AzTU 7 Nisan TƏBRİK EDİRİK!..Bu günlərdə MDB ölkələrindən AzTU-nun “Telekommunikasiya və informasiya təhlükəsizliyi” kafedrasının professoru, t.e.d. Tofiq Mansurovun ünvanına bir neçə şad xəbər gəlmişdir. Belə ki, Azərbaycan Texniki Universitetinin (AzTU) «Telekommunikasiya və informasiya təhlükəsizliyi» kafedrasının professoru, texnika üzrə elmlər doktoru, Belorus Dövlət Rabitə Akademiyasının fəxri professoru, Rabitə ustası Tofiq Məhəmməd oğlu Mansurov - A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının “Elmi Əsərləri” jurnalının (jurnal Ukraina AAK-nın Rəyasət Heyətinin 14 aprel 2010-ci il tarixli 1-05/3 saylı qərarı ilə çap olunur), - Belorus Dövlət Rabitə Akademiyasının “İnfokommunikasiyanın problemləri” Elmi jurnalının (jurnal Belorus Respublikasının AAK-nın 09.12.2016-cı il 18/7 saylı qərarı ilə çap olunur) və - Xarkov Milli Universitetinin “Texnoloji proseslərdə ölçmə və hesablama texnikası” Elmi jurnalının (jurnal Ukraiyanın Mətbuat və İnformasiya üzrə Nazirliyin 24 may 2018-ci il 23279-13119PR saylı qərarı çap olunur) redaksiya heyətlərinin üzvü seçilmişdir. Eləcə də, Azərbaycan Texniki Universitetinin “Telekommunikaisya və informasiya təhlükəsizliyi” kafedrasının professoru, t.e.d. Tofiq Mansurovun və Belorus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyinin “Belorus Dövlət Rabitə Akademiyası” Təhsil Müəssisəsinin rektoru, professor, t.e.d. Andrey Zeneviçin həmmüəllifliyi ilə Minskdə və Bakıda “Квантовые информационные системы” monoqrafiyası çapdan çıxıb. Bu monoqrafiya “Belorus Dövlət Rabitə Akademiyası” Təhsil Müəssisəsinin Elmi Şurasının və Azərbaycan Tezniki Universitetinin Elmi-metodik Şurasının qərarına əsasən çap olunmuşdur. Monoqrafiya Azərbaycan Texniki Universitetində və Belorus Dövlət Rabitə Akademiyasında magistratura səviyyəsində tədris prosesində də istifadə olunur.Monoqrafiya 2017-cı ildə və 2019-cu ildə isə yeni redaksiyada AzTU və “Belorus Dövlət Rabitə Akademiyası” Təhsil Müəssisəsi arasında bağlanan Əməkdaşlıq haqqında müqaviləyə, “Optik rabitənin kvant sistemləri” adlı birgə Beynəlxalq Elmi laboratoriyada və “Şifrləmə açarlarının təhlükəsiz paylanmasının kvant sistemləri” adlı birgə Beynəlxalq qrant layihəsinin yerinə yetirilməsi zamanı alınan nəzəri və təcrübi tədqiqatların nəticələri əsasında hazırlanmışdır.Beynəlxalq Elmi laboratoriyanın və Beynəlxalq qrant layihəsinin rəhbərləri Azərbaycan Texniki Universiteti tərəfindən t.e.d., prof. Tofiq Məhəmməd oğlu Mansurov və Belorusiya Dövlət Rabitə Akademiyası Təhsil Müəssisəsi tərəfindən isə həmin akademiyanın rektoru, t.e.d., professor Andrey Oleqoviç Zeneviçdir.Həmçinin, “Belorusiya Dövlət Rabitə Akademiyası” Təhsil Müəssisəsinin Elmi Şurasının 18 oktyabr 2018-ci il tarixli qərarı ilə “Fəxri professor” diplomu verilmişdir. Biz də, AzTU-nun “Telekommunikasiya və informasiya təhlükəsizliyi” kafedrasının professoru, t.e.d. Tofiq Mansurovu yeni nailiyyətləri münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.