Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan 2 Mart AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabı Tehranda fars əlifbası ilə işıq üzü görüb. Əməkdar elm xadimi Qəzənfər Paşayevin bu kitabı xalqın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyev erasına həsr olunub.AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Xilaskardan-xilaskara” adlı ön sözündə kitab haqqında ətraflı məlumat verilib: “Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev “Xilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdir. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və ölkəmizə qazandırdıqları çoxcəhətli böyük Zəfərlərin nümunəsində Azərbaycan və azərbaycançılıq idealları təqdim edilən “Xilaskarlar” kitabının ana xəttini təşkil edir”.Əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 aprel 2021-ci il tarixli 3 saylı iclas protokolunun qərarı ilə çap olunub. Kitabın redaktoru akademik Nizami Cəfərov, rəyçisi akademik Teymur Bünyadov, çevirəni Hüseyn Şərqidərəcək Soytürkdür. 120 səhifəlik kitab “Naqus Nəşriyyatı”nda 1000 tirajla çap olunub.Kitab Giriş, “Xalqımızın fəxri”, ulu öndər Heydər Əliyevə həsr olunan “Xoş məramla, saf niyyətlə” və Prezident İlham Əliyevə həsr olunan “Ən qayğıkeş prezident” bölümlərindən ibarətdir. Kitabda Heydər Əliyevin görkəmli mütəfəkkirlərimizlə, İlham Əliyevin isə işğaldan azad olunmuş torpaqlarımıza səfəri ilə bağlı fotoları da yer alıb.Qeyd edək ki, kitab 2021-ci ildə Bakıda “Təhsil” nəşriyyatında da çap olunub.Gülnar SəmaNizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,İctimaiyyətlə əlaqələr şöbəsi ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.