Gilə ƏLİQIZI (1976): "Laçınsız burnumun ucu göynəyir... İndi oralarda lalə dövrüdür..." "SAZLI-SÖZLÜ BORÇALI", Qarabağ, Poeziya, Müsabiqə 14 Mayıs *** Ol şair könlümün ilham pərisi, Qələmim eşqinlə yazıb yaratsın. Min tərif söyləyib qara gözünə, Adını yerlərdən göyə ucaltsın. Şeirimdə sən ol qəzəlimdə sən, Əvvəlimdə sən ol, əzəlimdə sən. Sən əgər yolumu gözlə söyləsən, Ürəyim sevdanı min il yaşatsın. Səni heca-heca şeirə düzüm, Yoluna
Mahirə NAĞIQIZI: "Sirri saxlayanın sırdaşı olmaz..." Naxçıvan, ADPU, Poeziya, Müsabiqə 18 Nisan Ufacıq-ufacıq Xəyalımla ömrü verdim Yelə, ufacıq-ufacıq. Sinəm torpaq, qəlbim kərdim, Ələ ufacıq-ufacıq. Güman yüzdü, yol birdimi, Umud gedəsi yerdimi? Balan kimi al dərdimi Bələ ufacıq-ufacıq. Atımnan endirdin məni, Nə dinib-dindirdin məni. Od olub döndərdin məni, Külə, ufacıq-ufacıq. Adına
Ürəyimə dəyməyin... Poeziya, Borçalı 1 Nisan Sədi Yaradanqulu GƏZDİYİM YERLƏR Dönüb mənim üçün inciyə, lələ, Bir vaxtlar inciyib, bezdiyim yerlər. Oxşayıb - əzizlər qoynunda hələ, Qoruyur izimi, gəzdiyim yerlər. Gözləri yoldadı hər yaz, hər bahar, Getsəm el - obalar min busat qurar. Bulaqlar, gözündə qalmasın qubar! Gələcəm: - Özümü
Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM..." Poeziya, Müsabiqə, Başkeçid 1 Nisan Gəl başını çiynimə qoy, Gül ətrinə bələ məni. Sözlərimi şirin edim, Qat qaymağa, bala məni.
DİLŞAD FƏQANın YENİ ŞEİRLƏRİ Bakı, Poeziya, Müsabiqə 3 Mart Mən sənin yanındayam... Ay başımın bəlası, Mən sənin yanındayam... Gülər üzünə baxıb, Yenə sənlə dalmışam Şirin xəyallardayam, Mən sənin yanındayam! Bağışla... Bağışla, bilməmişəm, Mən özüm də bilmədən Qəlbinin içindəki Közləri qoparmışam... Həsrətli bir nəğmənin Ən gözəl sözlərini Ruhuna
Yaşar QAFQAZLInın Şeirləri Poeziya, Darvaz 27 Şubat BORÇALI Dönüb, qayıdıram ziyarətindən, Kaş bir də həmdəmim ola BORÇALI. Şirin ləhçəsindən doya bilmirdim, Qonaq eyləmişdi bala BORÇALI.
TELMAN BUDAQLInın 65 yaşı tamam olur Poeziya, Ağbulaq, Təbriklər 7 Şubat TƏBRİK EDİRİK!.. Gürcüstanın Ağbulaq (indi Tetri-tsxaro) rayonunda, zümzüməli Ehram çayının zümrüd qaşında axar-baxarlı qədim bir kənd - Şıxlı kəndi var. Telman Şamil oğlu Budaqov 1954-cü il fevral ayının 9-da bu kənddə dünyaya göz açıb. Lap uşaq ikən şeirə maraq göstərmişdir. Lakin, gözdən uzaq
Bəhman Heydəroğlu: Kəf gəlir qardaş-qardaşa Poeziya, Borçalı 1 Ocak Bəhman Heydəroğlu Mənimdir Bülbül, əbəs yerə nəğmə söyləmə, Nəğmə də mənimdir, dil də mənimdir. Eşqini güllərə bəyan eyləmə, Çiçək də mənimdir, gül də mənimdir. İnsanam gözəllik aşiqi mənəm, Sevgi, məhəbbətlə doludur sinəm. İstəmirəm qəmli danışam, dinəm, Avaz da mənimdir, dil də mənimdir.
İftixar Piriyevin ŞEİRLƏRİ... Poeziya, Borçalı, Qaraçöp 1 Ocak * * * Həyat əzazildi, sən bundan sonra, Mənsiz yaşamağa öyrən, a qızım. Mən də bu gün varam, sabah... nə bilim, Əzab daşımağa öyrən, a qızım. Atasız çətindi, bilirım, ancaq, Əzazil şeytanın ürəyi yansın. Yaramaz, qaniçən, murdar iblisin, Boynuna zəhərli ilan dolansın. Mənsiz yaşamağa alış, a qızım,
Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri... Poeziya, Müsabiqə 1 Ocak Müsabiqə üçün Qədim Tiflisin sirri Bu qədim Ttiflisin qədimliyində, Bü qədim Tiflisin qədəmliyində, Bir tanış iz vardır, Babam izidir. Bu qədim Tiflisin qoca yaşında, Bu qədim Tiflisin öz yaddaşında, Bir doğma söz vardır, Babam sözüdür. Bu qədim Tiflisin öz nəğməsində, Bu qədim Tiflisin