DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB Fond, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı 13 Kasım ŞAGİRDLƏRƏ FƏXRİ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB2018-ci il oktyabrın 15-də havanın soyuq və yağmurlu olmasına baxmayaraq, Gürcüstanın soydaşlarımız yaşayan Bolnisi rayonunundakı Darvaz kənd ictimai məktəbində əsl bayram əhval ruhiyyəsi var idi. Vaxtilə bu qədim məktəbdə orta təhsil alan, sonralar burada ilk pedaqoji əmək fəaliyyətinə başlayan, daha sonralar isə Tiflis və Bakı şəhərlərinin ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirən, görkəmli dilçi və türkoloq alim, müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov doğma məktəbinin müəllim və şagird kollektivi ilə görüşə gəlmişdir.ZiM.Az xəbər verir ki,tədbiri giriş sözü ilə yerli hakimiyyətin nümayəndəsi, bələdiyyə üzvü Şirəddin Aslanov açdı. O, hörmətli qonağı - professor Mədəd Çobanovu səmimi salamladı, onu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, yubilyarın şərəfli ömür yolu haqqında məlumat verdi, ona uzun ömür, möhkəm cansağlığı, həyatda və elmi yaradıcılığında yeni-yeni uğurlar arzuladı. Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin Baş redaktoru Əlixan Yəhyaoğlu çıxış etdi. O da görkəmli alimi yubileyi münasibətilə ürəkdən təbrik etdi, onun keçdiyi mənalı həyat yolundan, elmi və pedaqoji fəaliyyətindən, elm və həyatda qazandığı uğur və nailiyyətlərdən danışdı, qeyd etdi ki, görkəmli alimin yubileyləri həmişə Bakıda, Tiflisdə, eləcə də Rustavi və Marneuli şəhərlərində yüksək səviyyədə qeyd olunub. Əlixan Yəhyaoğlu həmçinin onu da vurğuladı ki, elə ötən tədris ilində Darvaz kənd ictimai məktəbində professorun yubileyi şərəfinə keçirilən görüş də xüsusi təntənə ilə yaddaşlara yazılmışdır. Həmin görüşü yüksək səviyyədə təşkil etdikləri üçün "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Mükafat Komitəsinin qərarı ilə məktəbin direktoru Müseyib Qənbərov və direktor müavini Raqif Əhmədov "Fəxri Fərman"la təltif olunublar.Sonra söz “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun icraçı direktoru, "Ziya" və "Zirvə" İnformasiya Mərkəzlərinin, "ZiM.Az" və "Zirvə.İnfo" saytlarının rəhbəri, "Borçalı" nəşriyyatının, "Ziya" və "Şərqin səsi" qəzetlərinin Baş redaktoru, Dr. Müşfiq Borçalıya verildi. O, vaxtilə orta təhsil aldığı məktəbin müəllim və şagird kollektivini öz adından, eləcə də təmsil etdiyi Xeyriyyə Fondunun İdarə Heyəti adından səmimi salamladıqdan sonra məktəbə bu dəfəki gəlişinin əsas məqsədini açıqladı: "Yəqin ki, unutmamısınız, ötən il oktyabrın 2-də Darvaz kənd ictimai məktəbində bu günkü qonağımız - məşhur dilçi, görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, təcrübəli pedaqoq, zəhmətkeş tədqiqatçı, xeyirxah insan, dəyərli ziyalı və ictimai xadim, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri,Azərbaycan Dövlət Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda Ali və Orta ixtisas təhsil məktəblərində professor-müəllim heyətinin ixtisasartırma fakültəsinin dekanı və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyi ilə əlaqədar olaraq keçirilən görüşdə elan etmişdik ki, məktəbin ən yaxşı oxuyan 5 nəfər şagirdinə “Professor Mədəd Çobanov adına Təqaüd" və "Fəxri diplom" verəcəyik. Verdiyimiz vədlərimizə gördüyünüz kimi əməl edirik. Bu gün də məhz elə buna görə buradayıq.Böyük qürur və fərəh hissi ilə diqqətinizə çatdırıram ki, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu" olaraq artlq son bir ildə 3-cü dəfədir sizinlə - Bolnisi rayonunun Darbaz ictimai məktəbinin müəllim və şagird kollektivi ilə görüşürük. Keçən görüşlərimizdə - istər ötən ilin oktyabrında, istərsə də bu ilin maya ayında olduğu kimi, bu dəfə də əliboş gəlməmişik. Nəzərinizə çatdırım ki, Gürcüstanda yaşayan soydaşlarımıza maddi və mənəvi yardım göstərmək məqsədilə professor Mədəd Namaz oğlu Çobanovun anadan olmasının 80 illik yubileyi şərəfinə 2017-ci il oktyabrın 16-da təsis olunmuş “XEYRİYYƏ FONDU”nun 2017-ci il dekabrın 26-da keçirilmiş ikinci iclasının qərarı ilə bir qrup tanınmış alim, təcrübəli müəllim, zəhmətkeş jurnalist və fəal tələbələrlə yanaşı, Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin 5 nəfər ən yaxşı oxuyan şagirdi də mükafatlandırılıb: Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyev və İntizam Məmmədov“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi "Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunmuşdular.Bu günlərdə isə Darvaz kənd məktəbinin daha 5 nəfər şagirdi - Qurbanəli Nəbiyev, Aytən Qurbanova, Nana Əliyeva Ləman İsmayılova və Kənan Mustafayev “Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə” “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi "Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunublar.Beləliklə, biz bu gün həmin 10 nəfər şagirdə Fəxri diplom, Fəxri təqaüd - pul mükafatı və hədiyyələr təqdim edəcəyik."Sonra professor Mədəd Çobanov və Fondun icraçı direktoru Dr.Müşfiq Borçalı təltif olunan həmin 10 nəfər şagirdə “Professor Mədəd Çobanov adına Fəxri Təqaüd" və "Fəxri diplom"ları bir-bir şəxsən təqdim etdilər, onları öz adlarından, eləcə də təmsil etdikləri Xeyriyyə Fondunun İdarə Heyəti adından ürəkdən və səmimi qəlbdən təbrik etdilər, onlara, eləcə də məktəbin bütün müəllim və şagird kollektivinə yeni-yeni uğurlar arzuladılar, tədbirin təşkilatçılarına təşəkkür etdilər və vurğuladılar ki, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təltifetmələri, bir sözlə, Darvaz kənd ictimai məktəbi ilə əlaqələri bundan sonra da davam edəcək, ildən-ilə daha da genişlənəcək və xeyriyyə tədbirləri gözəl bir ənənəyə çevrilərək.Təltifetmə mərasimi başa çatıqdan sonra, professor Mədəd Çobanov və oğlu Müşfiq Borçalı məktəbin digər şagirdlərinə müəllifi olduqları kitablarla yanaşı, onlara həm də məktəbli çantası, dəftərlər, qələmlər, rəngli karandaşlar, rəngli təbaşirlər, rəngli flamastrlər, plastilinlər, xətkeşlər və s. çoxlu sayda məktəbli ləvazimatları hədiyyə verdilər. Şagirdlərin problemləri ilə maraqlanan professor Mədəd Çobanov və Müşfiq Borçalı onların diqqətinə çatdırdılar ki, tədris ilinin sonunda dərslərini yaxşı oxuyan daha 10 nəfər şagird “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun "Fəxri təqaüd" və "Fəxri diplom"ları ilə mükafatlandırılacaq, onlara kitab, dəftər, qələm və s. məktəbli ləvazimatları hədiyyə olunacaq."Görüşün sonunda Darvaz kənd ictimai məktəbinin direktoru Müseyib Qənbərov, direktor müavini Raqif Əhmədov, fənn müəllimləri Ovçu Ovçuyev, Tariyel Sarıoğlu, Alməmməd Hacıyev, Yusif Əsgərov, Oruc Əlləzov, Vəkil Ovçuyev, Şəmil Musayev, Xanlar Hacıyev və b. məktəbə göstərdiyi böyük diqqət və qayğı üçün “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun rəhbərliyinə, şəxsən professor Mədəd Çobanova və Fondun icraçı direktoru Müşfiq Borçalıya təşəkkür edərək, öz dərin minnətdarlıqlarını bildirdilər.Görüşdə kəndin fəalları, rayonun ictimaiyyət nümayəndələri, AzTv-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlu, ARB-nin Gürcüstan təmsilçisi Azər Məmmədov və başqaları iştirak etdilər.Rəsmi görüşdən sonra yubliyarın ailəsində qonaqların şərəfinə ziyafət verildi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.