XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır...

XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... Bəli, əslən qədim Borçalı mahalının
Bolnisi rayonundakı Bəytəkər kəndindən olan və
ha­zırda Bakı şəhərində yaşayıb-yaradan
QÜDRƏT XANIM KAZIMOVA son illərdə özünü
həm də istedadlı şairə kimi tanıtmışdır.

Şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan
bir sıra müxtəlif mətbuat orqanlarında dərc olunan,
aşıqlar və müğənnilər tərəfindən
sevilə-sevilə oxunan Qüdrət Beytəkərlinin
2014-c ü ildə Bakıdakı “BORÇALI” nəşriyyatında
işıqüzü görmüş "Vətənim Borçalı, elim Beytəkər!.."
adlı ilk şeirlər kitabı bu günlərdə oxcuların təlabatı
nəzərə alınaraq yenidən təkrarən nəfis şəkildə
çap olunaraq oxucuların ixtiyarına verilib.
(Naşiri, redaktoru və ön sözün müəllifi:
Müşfiq BORÇALI).


Müəllifin оxucularla ilk görü­şü olan və oxu­cular tərəfin­dən ma­­­raqla qarşı­la­nan bu kitabda şairənin
müx­­təlif illər­də qələ­mə aldığı şeir­lə­rindən nü­mu­nələr top­lan­mış­dır. Aşağıda həmin kitaba yazılmış Ön sözü, eləcə də müəllifin bir neçə şeirini və ona həsr olunmuş şeirlərdən nümunələri oxucularımıza təqdim edirik...

XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI

XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... Qüdrət İbrahim qızı Kazımova - 1963-cü ildə
qə­dim Borçalı mahalında,
indiki Gürcüstan
Res­pub­likasının
Bolnisi rayonundakı
Bəytəkər kən­dində zəhmətkeş bir ailədə anadan olub.
Orta məktəbi doğulub boya-başa çatdığı rayonda bi­tirib.
Hələ orta məktəb illərində modaya və muğama böyük həvəs göstərib.
Bir müddət muğam müəllimindən dərs alıb.
Lakin 1990-cı illərin əvvəllərində Bor­çalıda baş vermiş mə­lum olaylardan - Borçalıda yaşayan soydaşları­mıza qarşı törədilmiş təqib və təziqlərdən sonra Ba­kıya köçməyə məcbur olub.
Vətənin dar günün­də, torpaqlarımızın bütövlüyü naminə erməni qəsbkarlarına qarşı vuruşan igid əsgər­lərimizə əlindən gələn köməkliyi etmək üçün Qüdrət xanım da, Milli Orduya yazılıb.
Hərbi hava qüv­vələrində məxvi işlər icraçısı və­zifə­sində işə qəbul olunub.
8 il bu vəzifədə şə­rəflə çalışıb.
Sonralar isə N saylı hərbi hissədə rabitə qovşa­ğında məxvi iş icraçısı vəzifəsinə gön­­də­rilib.
Burada da o, öz üzərində düşən vəzi­fənin öhtə­sindən ləyaqətlə gəlib.
Hərbi hissədən təqaüdə göndərildikdən sonra isə Qüdrət xanım Modelyer məktəbini bitirib.
Hazırda milli moda ustası kimi tanınır.
Əl işləri seçiləndir.

Qüdrət xanım hazırda eyni zamanda kosmetka firmasında çalışır.
Həmçinin, "Əsrin Ziyalıları" qə­zetinin xüsusi müxbiridir.
Oxu­naqlı yazıları ilə özünə çoxsaylı oxucu top­laya bilmişdir.
Gənc vaxtlarından kiçik məqa­lələr, şeir­lər yazan, həmçinin ictimai işlərdə yaxından iştirak edən Qüdrət xanım həmişə mütaliə et­məklə, bədii və elmi kitablar oxu­maqla öz bilik dairəsini genişləndirir.

XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... Qüdrət xanım sözün əsil mənasında Və­tən­pərvərdir. O, tez-tez doğma Borçalıya baş çəkdiyi kimi, həm də Cənubi Azərbaycanı da unutmur, müntəzəm olaraq doğma Təbrizimizə baş çəkir, soy­daşlarımızla görüşür, onların prob­lemləri ilə maraqlanır, bacardığı və əlindən gəldiyi qədər onlara kömək edir.

Qüdrət xanım həm də gözəl anadır, ailəlidir, 4 övladı var. Övladlarının təhsil alması, onların dün­­yagörüşünün formalaşması üçün daim çalışır.
Övladlarının vətənpərvər ruhda tərbiyə edərək bu mövzuda söhbətlərə geniş yer verir.
Onlar da Qüdrət xanımın əməyini itirmir, hər yerdə onun adını uca edirlər.

Qüdrət Kazımova həm də xeyriyyəçi kimi tanı­nır.
Belə ki, o, tez-tez Bakı şəhərinin Xətai ra­yo­nundakı Əhmədli qəsəbəsində yerləşən Uşaq SOS kəndindəki Uşaq evində məskun­laşmış kim­sə­siz körpələrə baş çəkir, onların problemləri ilə maraqlanır, daima onlara maddi və mənəvi kö­məklik göstərir, əlindən gəldiyi qədər uşaqlara dayaq olur, bütün bayramlarda və
ad günlərində
onları yada salır.
Bu günlərdə isə
Qüdrət xanım
Bakıdakı 12 saylı
uşaq evi

baş çəkmişdir.
Hə­min uşaq evindən
Elmira xa­nım Mügümova
Qüd­rət xanımdan
razılığını bildirir.

Onu da qeyd edək ki,
Qüdrət xanımın
ömür-gün yoldaşı
Kərim Sadıqov
da
xeyirxan bir insandır.
O, həmişə, hər zaman
Qüdrət xanımın
xeyirxah təşəbbüslərini
dəstəkləyir.
Bir sözlə, Kərim Sadıqov
sözün əsl mənasında,
Qüdrət xanımın arxaslı,
dayağıdır.

Biz də öz növbəmizdə bu vətənpərvər və xe­yirxah insanlara -
Qüdrət xanıma və Kərim kişi
Ulu Tanrımız Allahdan uzun ömür, möhkəm cansağlığı
arzulayır və onlara işlərində yeni-yeni uğurlar diləyirik!..

Müşfiq BORÇALI.
“Şərqin səsi” qəzeti,
N: 58 (288) Noyabr, 2013-cü il.


XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... P.S.:


Budur, indi isə Qüdrət xanimin ilk şeirlə­rindən ibarət “Vətənim Borçalı, Elim Beytəkər!..” adlı ilk kitabını oxucularımıza ər­mağan edirik.

Ki­tabda müəl­l­ifin son illərdə qələ­mə al­dığı Ana Vətən, Doğ­ma Yurd, sağlam gənc­lik, ülvü sevgi, saf məhəb­bət və s. ruhlu şeir­ləri toplanıb.
Bun­ları sadəcə şeir ad­lan­­­dır­maq olmaz.
Bu şeir­lərin hər biri ayrı-ay­rı­lıqda poetik nümu­nə­lərdir.
Və bu nümunələrin hər biri onun - Qüdrət xanı­mın
qəl­binin çırpın­tı­ları, sevən Ürə­yinin döyün­tüləri,
buz bulaqlar, saf çeşmələr kimi daim
co­şub-çağ­layan Kön­lünün nəğ­­­­­mələri­dir.
Elə buna görə də əminik ki, bu­ra­dakı şeir­­lər
oxu­cular tə­rə­fin­dən ma­­­raqla qarşı­la­na­­caq.

Biz isə hörmətli Qüdrət xanımı
ilk kitabının işıq­üzü gör­məsi münasibətilə
ürəkdən təb­rik edir, ona uzun ömür,
möhkəm cansaqlığı, şəx­si hə­ya­tın­da
və bə­dii ya­radıcılığında
yeni-yeni uğur­lar arzu­layırıq!

Müşfiq BORÇALI.



XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... Haqqın ədalətin əsiri

Qüdrət xanıma həsr edirəm


Borçalıda Qüdrət adlı bir ana,
Bir gün gəlib yaxşılıq üçün cahana.
Hamı: Əhsən! - deyir belə anaya,
Çünki olub şair haqqın əsiri,
Gedib sevindirir yetim-yesiri.

Daim yanır kimsəsizlərə ürəyi,
Qəriblərlə, tən böləndir çörəyi.
Neçəsinə dəyib onun köməyi,
Olub haqqın, ədalətin əsiri...
Dolandırar neçə yetim-yesiri.

Yetimlərə yaxşılığının sayı yox,
İnsanlıqda bəlkə onun tayı yox.
Hər gün onun süfrəsindən yeyən çox,
Olub haqqın, ədalətin əsiri,
Sevindirir neçə yetim-yesiri.

Doğruldur kişi kimi sözünü,
Tikən deyil haram mala gözünü.
Haqq yolunda həlak edər özünü,
Olub haqqın, həqiqətin əsiri,
Dolandırır neçə yetim-yesiri.

Qayğısını çəkəndi o, millətin,
Gör neçəsi çəkir onun həsrətin.
Xeyirxahlıq qanındadı Qüdrətin,
Ölüb haqqın düzgünlüyün əsiri,
Yaşadandır neçə yetim-yesiri.

Şərafət Dağıstanlı,
“Abdulla Şaiq” və “Qızıl Qələm”
mükafatları laureatı,
nəğməkar şairə.




Qüdrət BƏYTƏKƏRLİ

Borçalı elinə elə bağlıyam


Çox zaman bilmirəm, mən haralıyam,
İllərdi vətəndən çox aralıyam.
Köksümün başında min yaralıyam,
Borçalı elinə elə bağlıyam.

Şəhanə duruşlu dağ Vüqarımla,
Bütün hisslərimlə, duyğularımla.
Bütün varlığımla, bütün ruhumla,
Borçalı elinə elə bağlıyam.

Vətənim Borçalı ağır elliyəm,
Elimdə, obamda məndə bəlliyəm.
Bəytəkər qızıyam şirin dilliyəm,
Borçalı elinə, elə bağlıyam.


Borçalım

Nə gözəldi yaşıl yaylaqlarımız,
Bərq vurar günəşdən çaylaqlarımız.
Elata məskəndi oylaqlarımız,
Borçalım, Borçalım, gözəl Borçalım.

Göz oxşayıb, könül açan düzləri,
Aşıqların söhbətləri, sözləri.
Gül üstündə bülbüllərin izləri,
Borçalım, Borçalım, gözəl Borçalım.

Ana qucağımdır doğma torpağım,
Dağlarda ötüşüb uşaqlıq çağım.
Yenə də çağlayır Abbası bulağım,
Borçalım, Borçalım, gözəl Borçalım.

“Şənlik” məclisləri çıxmaz yadımnan,
Qüdrətəm, gen düşməz bu ad, adımnan.
Ürəyim od alır, həsrət odundan,
Borçalım, Borçalım, gözəl Borçalım.


Sevə-sevə gəlmişəm

Taleyimdə bir ayrılıq, bir həsrət,
Doğma yurda ürəyimdə var hörmət.
Saza-sözə, musiqiyə məhəbbət,
Borçalımı sevə-sevə gəlmişəm.

Uzaq düşdüm yurdum deyə ağlaram,
Bulaq kimi kükrəyərəm, çağlarım.
Ömrüm boyu ona könül bağlaram,
Borçalımı sevə-sevə gəlmişəm.

Mən Qüdrətəm, adım üstə adım var,
Sinən üstə doğmalarım, yadım var.
Dad içində sənin də öz dadın var,
Borçalımı sevə-sevə gəlmişəm.


Gözel kəndim Bəytəkərim...

Doğma yurdum, gözel elim Bəyteker,
Uşaqlıq illerim qoynunda geçdi.
Unutmaram seni gözel diyarım,
Elebil zümrütdür cennet qucağın.

Dağlardan süzülen buz bulaqların,
Xalı-xalça kimi göy yaylaqların.
Veribdi baş-başa qoşa dağların,
Ruha neşe verer ilk bahar çağın.

Sende keçdi mənim uşaqlıq çağım,
Dadı damağımda yağın, gaymağın.
Lelver, maral,birde uca qır dağın,
Üçü qoşa olub Ana qucağın.

Boylaner qürbətdə o, yan bu yana,
Gezib dolanerəm hey yana-yana.
Şıxlı, senef baxer üzbə-üz sana,
Dileyim əbədi tüstsün, ocağın.

Böyük dərə axıb gederdi çaya
Oruç babam xırmanda yiğar taya
Göy bulaq, yal- yamaç, qız yatan qaya
Oynamaq yeriydi oğul uşağın

Qaraqaya ətrafına düzülüb,
Suluqaya dərdin çəkib nəzilib
Xram çayı narın-narın süzülüb,
Cənnətə bənziyir o, baxca bağın.

Qaraca oğlunun narın dərəsi,
Bala bulax, təpə qoyun bərəsi.
Qurbətdə insanın gəlir görəsi,
İçimi göynədir şirin yaylağın.

İndi veran qalıb aranı dağı,
Yol gözdüyür tat Məmmədin bulağı.
Eyri yernən, yal könül oylağı,
Gedib yoxlamalı ölüyü, sağı.

Rəcəvin biçin yeri bosh qalib,
Irvahamin bosdani da solub.
Dərəsində qurd-qush yuva salib,
Azalib qonağin bulaği.

Həmzənin, biçdiyi yerlər boş qalıb,
” Natəmiz heyvanlar” ora yol salib.
Top oynayan ushaqlar harda qalib?,
Bir cığırı- izi qalıf burada.

Çöllərmizdə bosdan yeri yiyəsiz,
Kartof, Loyva, biçin yeri yiyəsiz,
Yurd-yuvası niyə qalsin kimsəsiz ?,
Bir söhbəti-sözü qalıf burada.

“Şorax” bulaqı, məclislərin azalib,
Nisgil çəkən yarpızların sozalıb,
DərələrI duman alıb, çən alıb,
Bir yiyəsiz düzü qalıf burada…

Məhləmiz gözəldi, çox qedim yurtdu,
Dəmirqara, kol meşədi adıda.
Böyüdük neçə qız- oğlan bu yerdə,
Bir xatirə kimi qalıf yadımda.

Arif olan kəsə söyləyim birdə,
Günəş üzə gülür həməşə burda.
Başı qarlı dağa dumandı pərdə,
Dağlar sıra kimi qalıf yadımda.

Ulu tanrı verib bu yurdu bizə,
Çıxar yazda nərgiz, bənövşə dizə.
Qışdan qar saxlayır quzeyi yaza,
Dərdə çarə kimi qalıf yadımda.

Görüken dərə-düz böyük çaladı,
Əhram çayı üreyimi daladı.
Yol gözləyən Nəbi tikən qaladı,
Ayət- sura kimi qalıf yadımda

Bala çala qoz, fındıq, mor, ormanı
Meyvəsi bol, hər bir dərdin dərmanı
Cəmən, düzü göz oxşayan hər yanı
Yemliy, tərə kimi qalıf yadımda.

Aşağı məhləsi quzeydə qalıf,
Yuxarı məhləyi güneyə salıf.
Dəmirqara mənə doğma yurd oluf,
Göner yara kimi qalıf yadımda.

Qəşəngdi vətənin hər künc-bucağı,
Ana qoynu kimi şirin qucağı.
Unudulsa sönər baba ocağı,
Qudret get var hələ yaşayacağın.


Borçalı qızı

Parlayır üfüqdə dan ulduzu tək,
Ruhu göylərdədi qəlbi sevincək.
O, səni sevibdi, daim sevəcək,
Əhdinə vəfalı Borçalı qızı.

Xəlvətcə gizlədib, saxlar adını,
Qoruyur sönməsin sevgi odunu.
Unutmaz bu eşqin sirrin, dadını,
Əhdinə vəfalı Borçalı qızı.
XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır...
Göz süzüb yarına ,edər nazını,
İlahi yazıbdı, bu xoş yazını.
Qorxmadan car çəkər öz avazını,
Əhdinə vəfalı Borçalı qızı.

MÜƏLLİFDƏN:

Bu kitabin araya ərsəyə gəlməsində
mənə kö­məklik göstərmiş bütün insanlara
- xüsusilə də, “Borçalı” nəşriyyatının rəhbəri
dəyərli ziyalımız Müşfiq Borçalıya,
Azərbaycan Yazıçılar Birliyinin və
Dünya Azərbaycanlıları Konqresinin üzvü,
“Qızlı qələm” mükafatçısı,
“Bağban məni yaralama” və s.
məşhur mahnıların müəllifi
nəğməkar şairə Şərafət Dağıstanlıya,
tanınmış şair-publisist Sədi Yaradanquluya
və başqalarına öz dərin
təşəkkürümü bildirirəm.





P.S.:

XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır...
XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır...XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır...XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanıdır... Bu günlərdə Qüdrət xanım Kazımovanın doğma elində - qədim Bəytəkər kəndində açıq havada - səfalı təbiət qoynunda ilk şeirlə­rindən ibarət “Vətənim Borçalı, Elim Beytəkər!..” adlı ilk kitabının təqdimatı keçirilib.

Tədbirdə Bolnisi rayon icra hakimiyyətinin nümayəndələri, Bəytəkər məktəbinin müəllim və şagird kollektivi və eləcə də kənd camaatı ilə yanaşı Tiflisdən, Rustavidən, həmçinin qonşu kəndlərdən və rayonlardan gəlmiş qonaqlar da iştirak ediblər.

Tədbirdə Zim.Az-ın, eləcə də "Yeni Azərbaycan""Şərqin səsi" qəzetlərinin Gürcüstan üzrə bölgə müxbiri, şair-jurnalist Bəhram Mehdi , Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin və "Ümid" qəzetinin rəhbəri, "Şərəf" ordenli Əlixan Yəhyaoğlu, Beynəlxalq Poeziya Müsabiqələri laureatı, "Şərəf" ordenli şair Nizami Saraçlı, professor Mahmud Kamal oğlu, şair Çoban Rəşid, 1 N-li Kəpənəkçi orta məktəbin direktoru Ziyadxan Sərdarov, Rustavidən - "Salam" Mədəni Xeyriyyə Mərkəzinin rəhbəri Maya xanım Rəcəbova, Tiflisdən - şairə Şövkət Dağlarqızı, Aşıq Bafalı, Aşıq Məsim müğənni Kamandar Bəylərli, tanınmış ictimaiyyətçilər Həqiqət İsmayıl qızı Allahverdiyeva, Əliabbas Abbaszadə və başqaları çıxış edərək, Qüdrət xanımın yaradıcılığından söhbət açıblar və ona yeni-yeni uğurlar arzulayıblar...








.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: