Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!.. Əli Bayram oğlu Əliyev (Alyoşa) 1923-cü ildə qədim Borçalı mahalının Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 1942-ci ildə müharibəyə gedib. Müharibədən döndükdən sonra Faxralı kolxozunda müsahib işləyib, məktəbdə rus dili müəllimi olaraq çalışıb. Bir müddət sonra Faxralı Gamarjveba (Qələbə) kolxozuna sədr seçilib. Alyoşanın sədrliyi dövründə Faxralı kolxozu ən öndə gedən kolxozlardan biri olub. 1964-cü ildə Alyoşa Bolnisi Rayon İcraiyyə Komitəsinə (indiki icra başçısı) sədr seçilib. 1971-ci ildə vəzifəsindən ayrıldıqdan sonra Bolnisi Rayon Su İdarəsində rəhbər vəzifəsində işləyib.
Alyoşa 1973-cü ilin avqust ayında dünyasını dəyişib.

Şərh: Əli Bayram oğlu Əliyev (Alyoşa) Faxralı kəndi üçün çox böyük işlər görüb. Faxralı kəndinə gedən yolların kənarındakı ağacları Alyoşa əkdirib. Hal-hazırki Arif Əliyev adına Faxralı məktəbinin 4 mərtəbəli binasını Alyoşa tikdirib və s.

Sizlə Alyoşanın necə bir şəxsiyyət olmasıyla bağlı oğlunun bir xatirəsini paylaşırıq.

"Atam müəllimlərə hörmətlə yanaşar, onların problemlərini həll edərdi. Bir dəfə atam maşınla məktəbə tərəf gedirdi. Mən ondan məni də məktəbə aparmağını xahiş etdim. O mənə dedi : "Sənin müəllimlərin avtobusla gedərkən, sənin dövlət avtomobilində məktəbə getməyin onlara qarşı hörmətsizlikdir. Səndə hamı kimi avtobusla getsən, yaxşı olar."

P.S.: 14 noyabr, 1962-ci ildə çəkilmiş foto-şəkildə soldan ikinci Əli Bayram oğlu Əliyevdir.

"Gündəlik-Gürcüstan"

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: