SÜLEYMAN QASIMOV (1961) Bolus, Təbriklər 25 декабря 2025 17 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Bu gün - dekabrın 26-cı Azərbaycanın tanınmış alimi, iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Süleyman Qasımovun ad günüdür.Süleyman Mehralı oğlu Qasımov - 26 dekabr 1961-ci ildə qədim Borçalı mahalında, indiki, Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. 1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil olub, 1982-ci ildə həmin institutu bitirib və iqtisadçı ixtisasına yiyələnib. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəliyyətinə başlayıb. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəlib. 1991-ci ildə "Azərineft" Neft və Qaz¬çıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", İstehsalat Birliyində, 1992-ci ildə “Azərineft” Neft və Qaz¬çıxarma Baş İdarəsində baş mühasib vəzifəsində çalışıb. 1994-cü ildə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyində baş mühasib vəzifəsinə təyin olunub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "Muhasibat uçotu və audit" kafedrasının dissertantı qəbul olub, 2001-ci ildə "Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə "Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2004-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olub.2006-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti təyin olunub.2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədri təyin olunub. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilib. SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvüdür. 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-nın İqtisad üzrə Ekspert Şurasının sədridir.Süleyman Qasımov iqtisad elmləri doktoru, professordur, Onun elmi fəaliyyəti müəllifi olduğu 1 monoqrafiyada və 15-dən çox elmi məqalə öz əksini tapıb. Bu müddət ərzində bir neçə elmi və elmi-praktik konfrans və simpoziumlarda çıxış edib, materialları çap çap olunub.Süleyman Mehralı oğlu Qasımov 2006-cı ildə "Tərəqqi" medalına layiq görülüb.2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 7 noyabr 2017-ci ildə isə İstehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.Biz də Redaksiya Heyətimiz adından Azərbaycanın tanınmış alimi, iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Süleyman Mehralı oğlu Qasımovu ad günü münasibətilə ürəkdən təbrik edir və ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORŞALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.