DƏYANƏT OSMANLI (1965) Bolus, Təbriklər, Müşfiq Borçalı 16 Haziran DƏYANƏT OSMANLI (1965) AD GÜBÜN MÜBARƏK, QARDAŞIM!..Dəyanət Osmanlı - 16 iyun 1965-ci ildə qədim türk yurdu Borçalıda - indiki Gürcüstanın Bolnisi rayonundakı Saraclı kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1992-2006-çı illərdə “Azərbaycan” qəzetində reportyor olaraq çalışmışdır. İlk şeirləri 1989-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində və “Ulduz” jurnalında dərc olunub. Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan yenilikçi şair kimi tanınır. 1992-cü ildə mətbuatda öz yaradıçılıq manifestini yazaraq bütün əski poetik qəliblərdən imtina edib. Bu səbəbdən uzun zaman bir coxları onun poetik mətninə qarşı çıxmışlar.1992-cü ildə yeni ədəbiyyat uğrunda çalışmaları ilə Avanqard Ədəbi Birliyini yaradıb ona rəhbərlik etmişdir. 1995-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. “Ağ kitab” (1997), “İlk... Və... Son...” (2009) şeir kitabları, sonrakı illərdə isə altı publisistik kitabı nəşr olunub. Şeirləri bir sıra xarici dərgilərdə yayımlanmışdır. Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktorudur. Qələm dostumuz Oqtay Hacımusalı «Şərqin səsi» qəzetində çap olunmuş «Dəyanət Osmanlı: Bu mənəm - poeziyanın sükuta döndərdiyi adam” sərlövhəli məqaləsində çox haqlı olaraq yazır:"Dəyanət Osmanlı - deyəndə oxucular və ədəbiyyatsevərlər gözlərinin önündə artıq öz poetik sistemini yaratmış, Modern Azərbaycan şeirinin ilkin cığırdaşlarından biri, bəlkədə birincisi canlanır. Amma o, bu gün nəyinsə iddiasında deyil. Buna görə də bəzən tənqidçilər onun şeirlərini təhlil etməyiblər (ya da çəkiniblər onun şeirlərini təhlil etməkdən!). İndi o, Azərbaycan ədəbiyyatında baş alıb gedən müəyyən qruplaşmaların heç birində yer almamağı və mətbuatda görüməməyə üstülük verir. Və Bakıda oturub sakitcə sözlərini yandırır... Qışın son nəfəsi kimi, qarlı bir gecə keçir masamdan. Tənhayam bu kağız göyüzündə, sən üşüyürsən, mən sözləri yandırıram..."Biz də dəyərli ziyalımız, istedadlı qələm dostumuz Dəyanət Osmanlı bir daha ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan MEA-nın müxbir üzvü, Millət vəkili Nizami Cəfərovun Dəyanət Osmanlı haqqında yazmış olduğu məqaləni oxucularımıza çatdırırıq. Müşfiq BORÇALI.İLK və SON arasında(Dəyanət Osmanlının yaradıcılığı haqqında mülahizələr)Azərbaycan poeziyasının tarixində müxtəlif üslublarla, müxtəlif məktəblərlə rastlaşırıq. Bu üslubların, məktəblərin hər biri bütöv və zəngin Azərbaycan poeziyasını təşkil edir. Müasir dövrdə Azərbaycan mədəniyyətının, ədəbiyyatının dünyaya inteqrasiyasıyla bağlı, bu inteqrasiyanın müxtəlif mərhələləri və hər mərhələnin də uğurlu və məhdud cəhətləri barədə də mülahizələr yürüdə bilərik. Bu inteqrasiya nəticə etibarilə ədəbiyyatda rəngarəngliyə gətirib cıxarır. Azərbaycan poeziyasının tarixindən gələn cox güclü ənənə vardır - hümanizm, dünyaya acıqlıq, insanın daxili aləminə, ruhuna meyl etmək, müəyyən qədər sufi-ruhani düşüncə. Bu elə bir poeziya yaradıcılığı, poeziya mədəniyyətidır ki, müasir dövrdə də özünün özəlliklərini qoruyub saxlayır. Və poeziyada baş verən bütün eksprementlər, özünü büruzə verən bütün yeniliklər Azərbaycan şairinin yüzillərlə daxilində daşıdığı bu möhkəm kökə, təmələ əsaslanır. O şair ki, Böyük tarixdən gəlmir, məxsus olduğu millətin özünəqədərki şeir yaradıcılığı ənənəsini ən azından stixiyalı şəkildə özündə ehtiva edib gəlmir, onun apardığı eksprementlər də havadan asılı qalacaq, bir növ köksüz, əsassız təsiri bağışlayacaq. Amma o şair ki müasirliyə, modernliyə müasir dünyanın və müasir insanın mənəvi-ruhi tələblərinə məhz tarixdən gələn o zəngin potensialla müraciət edir, onda əlbəttə, böyük ədəbiyyat, böyük poeziya yaranır. Və mən Dəyanət Os¬manlının yaradıcılığını bu böyük poeziyanın nümunəsi hesab edirəm. D.Osmanlı yalnız özünəqədərki poeziyanın üsullarını, priyomlarını, geniş mənada potensiyasını stixiya ilə mənimsəmiş bir şair deyil, həm də onu dərindən öyrənmiş bir şairdir. Onun poetik yaradıcılığında səmimi, sənət ücün vacib olan sadəlövhlüklə yanaşı, yüksək bir intellektuallıq vardır. Mən, ümumiyyətlə, böyük sənətin formulası olaraq, daha cox bunu qəbul edirəm ki, böyük sənət sadəlövh bir şəkildə, yəni səmimilikdən yoğrulmuş bir sadəlövhlüklə ortaya cıxmalıdır və xüsusilə, bu onun ifadə texnologiyasında özünü göstərməlidir. Bu qurama olmayan, süni olmayan, təbii surətdə gələn sadəlövh və səmimi ifadə texnologiyasının arxasında da böyük intellekt dayanmalıdır. İntellektsiz şair nə qədər sadəlövh və səmimi olsa da, o yenə də bəsit görünə bilər. Ya da əksinə, sadəlövh və səmimi düşüncə ifadə texnologiyasını özündə daşımayan şair nə qədər intellektli olsa da o şair deyil. Dəyanət öz yaradıcılığını ilk dəfə bütöv şəkildə bu kitabda təqdim edir: “İlk...Və...Son...” kitabında. Onun cox gənc yaşlarında, eyni zamanda son illərdə yazdığı şeirlər də bir kompleks halında, yəni bir insan həyatının, bir şair yaradıcılığının tarixi kimi burada toplanmışdır. Biz bu şeirlərdə dəqiq , konkret bir xronologiya müşahidə etmirik. Bu mənada, Dəyanətin yaradıcılığını mən bizim böyük şairlərin, orta əsrlərin klassik yaradıcığı ilə müqayisə edirəm. Məsələn, Füzulinin yaradıcılığına fikir versək və onun yüzlərlə qəzəlini bir xronologiyaya düzmək istəsək nə qədər böyük tədqiqatcı olsaq da bunu seçə bilmirik. Çünki müəyyənləşdirmək mümkün deyil ki, Füzuli bu qəzəllərin hansılarını orta, hansılarını ahıl yaşlarında yazıb. Ümumiyyətlə, bu da sənətin sirridir və şərq poeziyasının bir özəl texnologiyası, keyfiyyətidir ki, şair əlinə qələm alandan, ürəyinə söz gələndən həmişə demək olar ki, xaraktercə eyni şeyləri yazır. Yəni mövzular dəyişə bilir, ideyalar dəyişə bilir, amma o yaradıcılığın tipi, xarakteri, şairin maraq dairəsi demək olar ki, dəyişmir. Kitabın “İlk... Və... Son...” adlanmasına baxmayaraq, bir parodoksdur ki, burada İlk və Son arasında bir keyfiyyət fərqi yoxdur. Cadəcə olaraq, bu, şarin iddiasıdır. Şairin maraqları səviyyəsində olan məsələdir ki, o, əlbəttə, nəyi nə zaman, hansı ovqatda yazdığını yaxşı xatırlayır. Amma yenə də bizim ücün, oxucu ücün şeirin məzmunu əsasdır. Kitabdan görünən ümumi ideya, təəssürat, estetik zövq əsasdır. Ona görə də bu xronologiyanı müəyyənləşdirmək həm çətindir, həm də o qədər də maraqlı deyil. Yəni biz burda nəyin İlk, nəyin Və, nəyin Son olduğunu təbii olaraq müəyyənləşdirə bilmirik. Amma bütövlükdə Dəyanətin yaradıçılığını səciyyələndirəndə, xarakterizə edəndə Füzuli yaradıcılığından gətirdiyim misal kimi, burda da xronologiya görünmür. Burada görünən poeziyadır, burada görünən şairin istedadıdır, şairin mühakimələridir. Böyük fikrin, böyük zövqün, böyük düşüncənin də metafizikası var, xronologiyası yoxdur. Və bu mənada, sanki Dəyanətin bütün şeirləri bir uzun şənbə gününün payız nəğmələridir:Bu uzun şənbə günüyağış oxuyurxəzəl altında qalmışpayızın nəğməsini...Dəyanətin kitabını oxuyanda ilk baxışdan bir bədbin leksikonla qarşılaşırsan. Yəni bunu çox tez-tez görürük (məhz görürük). Baxmayaraq ki, poeziyada bəlkə də görmək yox, eşitmək əsasdır. Amma bu şeirləri oxuyanda mən elə bil həmişə o lövhələri, o hisslərin fiziologiyasını, sözlərin fiziologiyasını görürəm. Hər gecə,hər soyuq,hər ölüm.Sükut ular dünyanın çarəsiz qocalığını.Uyğular ölüm saatıdı günlərin,Gecələr hər şeyin səsi batanda...Söz burada sadəcə deyilib eşidilən bir şey deyil, söz burda elə mükəmməl, bütün üzvləri ilə, əzaları ilə görünən elə bir obraz yaradır ki, istər-istəməz an¬layırsan ki, burda hisslərin, duyğuların fiziologiyası verilib. Ağrı öz fiziologiyası ilə, Kədər, Dərd öz fiziologiyası ilə görünür. Əgər Dəyanət şeirdə “soyuq” sözünü işlədrsə, “soyuqdur” sözünü işlədirsə, “donmaq” sözünü işlədirsə bunu elə bir kontekstdə, həm də elə qəribə təsir gücü ilə işlədir ki, istər-istəməz üşüyürsən, donursan, bu soyuğu ruhunla hiss edirsən. Və əslində istedadlı şair üçün, yəni şair üçün prinsipial olan məsələlərdən biri budur. Bəzən ikicə misra ilə belə böyük, canlı, unudulmaz bir lövhə yaratmaq: ... İndi soyuqdu, gecədi, quşlar da yatmış olar...Qeyd etdiyim kimi, Dəyanət bədbin anlayışlarla, bədbin poetik termi¬nologiya ilə bizim hisslərimizə müdaxilə edən şairdir. Onun şeirlərini oxuduqca dərhal “soyuq”, “qaranılıq”, “gecə”, “yalqızlıq”, “suçlu” və onlarla bu tipli sözlər keçən bədbin poetik leksikona rast gəlmək mümkündür. Mən bunu şairin bədbinliyi ilə yox, üslubu ilə əlaqələndirirəm. Yəni şair bu səviyyədən, bu nöqtədən, bu kimsəsizlik, qaranlıq, ağrı və soyuqluq içərisindən dünyanı görə bilir. Yürümək istərmisən qaranlığın sonunadək, mən orda suçlu və kimsəsizəm, bəlkə Tanrı daha suçlu və kimsəsiz.Və ola bilər ki, bu bədbin leksikon içərisində dünya, mənəvi aləm, insan təhlil olunmasın, qaralansın, görünməz olsun. Amma Dəyanətin yaradıcılığının önəmli xüsusiyyəti ondan ibarətdir ki, o məhz bu leksikon altında dünyanın, insanın dəyərini, həyatın mənasını müəyyənləşdirir. Və nəticə etibarilə, bu bədbin poetik leksikon o qədər də bədbin həyat təqdim etmir. Yəni bu cür poetik parodokslar daxilində o, dünyanın, insanın, həyatın fəlsəfəsinə müdaxilə etməyə çalışır. Və istəyir ki, bu poetik-fəlsəfi terminologiya ilə dünyada nəyin var, nəyin yox olduğunu göstərə bilsin, görə bilsin.Qışın son nəfəsi kimi,qarlı bir gecə kecir masamdan.Tənhayam bu kağız göy üzündə,sən üşüyürsən,mən sözləri yandırıram.Bizim poeziyamızda, xüsusilə ötən əsrin 60-70-ci illər poeziyasında içini yeyən, daxilinə hopan, daxilindəki ağrıları üzə çıxaran hisslərlə belə bir ədəbiyyat yaranmışdı. O şairlər ancaq insanın daxili ilə məşğul idilər, bununla da özlərinin fərdi duyğularnı, yaşantılarını təqdim edrdilər. Bu, bəlkə də öz növbəsində 30-40-50-ci illərin psevdoictimai, həddindən artıq vulqar-ictimai poeziyasına bir etiraz idi ki, bu qədər fərdilik, subyektivlik əmələ gəlmişdi. Mən Dəyanəti bu məktəbin nümayəndəsi hesab edə bilmirəm. Ona görə ki, onun daxili aləmi ifadə eləmək maraqları, ehtirasları, hissləri hədindən artıq ictimaidir. Yəni onun təhlil və təqdim etdiyi ovqat - yalqızlıq, nisgil və s. sadəcə olaraq bir fərdin ovqatı deyil. Bu gerçək dünyanın ömrü qocaman bir qış nağılı, aradabir zalım sükut vərəqləri dağıdar. Harda qalmışdıq deyə,sorar hərdən məndən əfəndim Tanrım.Bu, eyni zamanda, Dəyanət Osmanlının özünü təqdim eləməsi də deyil, burda çox güclü daxili bir ictimailik var. Ona görə ki, hər bir insan, güclü poetik zövqü, lap elə orta poetik zövqü olan hər bir insan Dəyanətlə razılaşa bilir. Və belə deyək, hətta onunla mükaliməyə girir ki, nə dərəcədə bu hisslər ona yaxındır, nə dərəcədə ondan uzaqdır. Cünki tək yaxınlığın yox, həm də uzaqlığın mükaliməsinə girmək də əlbəttə, şair ücün o ictimailiyi göstərən bir məsələdir. Ola bilərdi ki, Dəyanət Osmanlı mümkün qədər 30-cu, 40-cı, 50-60-ci illərin şairləri kimi ictimai olsun və o, bu leksikonla, poetik düşüncələrinə daha cox daxilindən yox, çox-çox özündən xaricdən başlayaydı. Amma bu da poetik düşüncə, ifadə texnologiyaları ücün cox vacib olan səmimilik və bədii sadəlövhlük prinsipindən uzaq olardı. Bu mənada, Dəyanətin yaradıcılığında həqiqətən ictimai bir səmimilik var və yaxud səmimi bir ictimailik var ki, bu da böyük poeziya ücün cox vacib bir məsələdir.Yurdun qanlı köynəyitəkqırmızı bayraq olaram –ucalığı əsdirib,qaranlığı yırtarambaşınızın üstündə.Dəyanətin ifadələrində olan səmimiliyin, sadəlövhlüyün və təbiiliyin kökü içəridən, ruhundan gəlmədi. Yəni hiss edirsən ki, bu ifadənin, bu düşüncə tərzinin kökü insanın ruhundadır və elə min illərdir insanın icərisində olubdur. Biz bu ifadələri, onların anologiyasını, oxşarını lap qədim türk poeziyasında da tapa bilərik. Və bu da onu göstərir ki, aydın, səmimi, kifayət qədər rahat, insani ehtiraslarla doğulmuş bu ifadələr, bu misralar məhz Azərbaycan poeziyasının məhsuludur, məhz Azərbaycan şairinin tapıntısıdır. Bu ifadələrin hər birini mən bir əsər hesab edirəm. Çünki burada elə ifadələr, elə sözlər var ki, elə obrazlar var ki, şeir onun üzərində qurulur, onunçün yazılır və bəzən ondan ibarət olur. Və bu cür ifadələrin özünü də ayrıca bir əsər hesab etmək olar. Məsələn: ...ürəyim nəm cəkir sinəmdə, ...zülmətin qorxusundan ulduz-ulduz titrəyir göy üzü, ...başımız üstündən quşlar göy üzünü daşıyır harasa, ...əyildi boynum gözlərimin ağırlığından, ...əzizləyib saxladığın sevgi canına düşmən kəsilər, ...yollar dərviş məzarlığı, ...mənim sərgərdan ruhum ayağına yer tapmaz, göy tapmaz qanadına, ...hər gün acından, sevgidən ölənlər tək ölür Allahını sevənlər, ...güllər can verir əsgər məzarlığında...Onlarla bu cür səlis misallar gətirmək olar. Dəyanətin yaradıcılığındakı həmin misallar göstərir ki, o, dili sadəcə olaraq işlətmir, dildən yalnız ünsüyyət vasitəsi kimi istifadə etmir, öz böyük sələfləri kimi sübut edir ki, dilin həqiqətən böyük funksiyası var. Dil həqiqətən bədii əsərdir. Özü də bunu bizim bəzi şairlərimiz kimi bir dəfə, iki dəfə deyil, hər dəfə sübut edir, hər şeirində acıq-aydın göstərir. Onun elə bir şeiri yoxdur ki, onda dil, ifadə qüsuru göstərəsən. Elə düşünəsən ki, bu şeir dildən sözləri, ifadələri ayrı-ayrılıqda secməklə yaranıb. Onun bütün şeirləri bir obrazdır və bir obraz daxilində təbiətən gələn bir dil var. Bu dil məhz böyük təfəkkürün, böyük yaradıcı düşüncənin, böyük yaradıcı idrakın dilidir və sanki elə şeir ücün yaranıb. Bu mənada, onun bu dildən istifadə məharəti, həqiqətən, böyükdür.Eşidirsənmi, bir də qayıtmaram, qaldır gözünü, əzizim,gedim, gedim, gedim,qəzaya uğrayım sən olmayan yerdə.Dəyanət dili, dilin poeziyasını dərk edən şairdir. O dil ki, Dəyanətə məxsusdur, o hec kimə məxsus deyil. Onun şeirlərində dillə özünəməxsus bir ünsiyyət var. Yəni dil özü ünsüyyət vasitəsidir, amma Dəyanət dillə ünsüyyət vasitəsi olamqdan daha cox ürəyi ilə ünsüyyət saxlayırmış kimi davranır. Və bunun ücün elə vasitə tapır ki, dil, poetik dil, dildən poetik istifadə Dəyanət ücün, həqiqətən, böyük bir sənət texnologiyası səviyyəsinə qalxır.Yağışlı oktyabrPayıza həsr olunmuşşirin bir yapon tankasıbitdi bir fincan cay kimi... Qeyd etdiyim kimi, Dəyanətin yaradıcılığında fərdi-üslubi məqam və fərdi-üslubi münasibətlə yanaşı, həm də cox güclü bir ictimailik var və onun duyğuları hər bir insan ücün doğmadır, bu etiraf olunsa da, olunmasa da cox doğmadır. Məsələn, bu mənada onun yaradıcılığı ücün bəlkə də ən səciyyəvi olacaq bir məqam Dəyanətin hisslərində, düşüncələrində cox geniş yer tutan bir genetik yurd, coğrafiya hissinin olmasıdır. Dəyanət İntellektli bir uşaq , səmimi, sadəlöhv, amma intellektli bir uşaq yaddaşıyla öz vətənini tanıyır və o vətən haqqında, özü də bütün genişliyi ilə o genetik vətən haqqında, türklüyün vətəni haqqında o qədər səmimi, o qədər aydın, o qədər sadəlövh mənəmlik iddiası ilə danışır ki, istər-istəməz sən özün də düşünürsən: Bəli, həqiqətən, bu geniş coğrafiya mənimdir, bu coğrafiyada mənim babalarımın ruhu dolaşır, həqiqətən, bu coğrafiya ücün mən tarixi məsuliyyət daşıyıram.Axır İlkdən Sona doğru yeddi arxın anası Dunay...Ulu suların xatirindəulu yurdun sonuncu ocaq yerləri.Ulu bir ağacın doqquz budağı, ulu göyün doqquz işığıvə qaziliyin haqqına yaşanmış ömrün sümükləri... Dəyanət vətənə münasibətdə, o genetik yurda münasibətdə o qədər səmimi və oqədər doğma əhval-ruhiyyə ilə, o qədər doğma bir hiss fəlsəfəsi ilə yanaşır ki, hətta birdən qayıdıb “Viranə vətən” deyəndə də sən razılaşırsan və bunu səmimi qəbul edirsən. Yəni, içərisində , daxilində vətən olmayan hər hansı konyuktur şair “viranə vətən” desəydi mən onunla mübahisə edə bilərdim, amma Dəyanətlə mübahisə edə bilmirsən, cünki o bu viranəliyi icinin, daxilinin viranəliyi qədər hiss edir. Və sən inanırsan ki, o vətən, o genetik yurd yalnız bir geniş fiziki coğrafiya deyil, həm də Dəyanətin daxilindədir. Dəyanətin bu ictimai poeziyasında ən cox soyuqluqla, qarla, qışla, küləklə, yağışla, boranla üzləşirsən. Yəni o, nə qədər soyuq məzmunlu ifadələr işlətsə də, nə qədər soyuq məzmunlu hisslər ifadə etsə də onun poeziyasında çox qəribə bir istilik var və mən bu soyuq terminologiya ilə verilmiş bu qəribə istiliyi bütün o ifadələrdə, sözlərdə hiss edirəm.Fevral, qar, cərşənbə.Külək qışı qovur, əzizim,elə bil cərşənbədə, fevraldaqar icinə qovulmuşam könüllərdən... ...Mənim üzüm soyuq, sənin ürəyin,hər gün bir az da qar yağırdünən diri olan umudun üstünə...Dəyanətin şeirlərində yağış, külək, qar, yol, gecə, göy üzü,yovşanlıq, vadi, cöl, qələbəlik, tənhalıq, səhra, ağaclar, adamlar... kimi dəfələrlə işlətdiyi sözlər var və həmin anlayışlar onun poeziyasına bir keyfiyyət, rəng gətirir, yəni o hisslərin aparıcı (həm də təkrarsız) rəngini müəyyənləşdirir. Məndən üz döndərənlər,Yorğunam yol ayrıcında.ağacların, adamların, səhraların arasındagözləməkdən, dinşəməkdən,yaşamaqdan yorğunam...Bu baxımdan, Dəyanət Osmanlı, həqiqətən, böyük şair hesab oluna bilər, nə mənada, cünki bizim müasir poeziyamızda çox zaman bir necə sözü ardıcıl olaraq rəngləyən və bu sözləri əsərə cevirən şairlərimiz demək olar ki, yoxdur. Yəni bu da o dil ilə ilahi təmasın, səmimi, intellektual təmasın nəticəsidir. Əgər bir rəssam daha cox hansısa bir rəngdən istifadə edirsə, o sənətə nöqsan gətirmir, o sənəti motivləndirir, o sənəti ünvanlandırır, yaradıcılığa yeni bir xarakter verir, səciyyə verir. Bu, rəssamın da , şairin də özündən asılı deyil, bu təbiətdir, onun istedadının, hisslərinin, düşüncəsinın rəngidir, bu rəngə etiraz etmək olmaz. Əksinə, məhz bu rənglərlə o rəssamı, o şairi qəbul edirsən, oxuya bilirsən, dərk edə bilirsən. Yəni bu da bir əsərdir və əsər belə yaranır. Əlvida, əlvida, istəklilər, ürəyimdə olsanız da xatirələrin şəkli bu boyda, bu boyda cırılmış...Və o sözləri oymaqla, onları işlədə-işlədə o sözlərin semantik yaddaşını oyadır Dəyanət. O sözlər şeirdə işləndikcə həm itirilmiş mənalarını bərpa edir, həm də yeni məna qazanır. Yəni sözü əsər səviyyəsinə qaldırmaq şair ücün çox böyük istedaddır. Bunu hər şairdə görmək mümkün deyil. Tək-tək şairlər var ki, onlar üçün söz bu qədər dəyərlidir. Və onlar üçün sözün daxilinə girmək, o sözlə işləmək, o sözü sənətə çevirmək hadisəsi baş verir. Dəyanət üçün ən müqəddəs anlayışlardan biri də elə onun poeziyasının mahiyyətini, ideya məzmununu açan ana obrazıdır, ana anlayışıdır. Və o ananı yurd kimi də dərk edə bilir.Nəğmələrin uyuduğu qeybdəngörünür arabirüfüqlər kimi sökülən üzüm.Mübarək üzlü igid anam,o kimin ruhuydu,laylası savaş türküsü...Ana anlayışı onun şeirlərində yurd mənasından başlayıb, bizim ən sadə məzmunda duyduğumuz mənaya, məzmuna qədər gəlib çıxa bilir. /Ana qanadlarının altı ən azad vətən torpağı/. Hər dəfə də onun bu ana anlayışı, məfhumu üzərində qurulmuş poetik düşüncələri adamı cəlb edir və çox müxtəlif spektrlər səviyyəsində düşündürə bilir, hisslərinə təsir göstərir. Nəticə etibarilə, sözə söykənmiş poetik düşüncə, həm də adi sözə deyil, böyük poetik-semantik məna daşıyan, şairin düşüncəsinin, ruhunun təzyiqinə məruz qalmış və özünün bütün parlaqlığı ilə ortaya çıxan sözə, şairin özünün yaratdığı poetik mənaya söykənmiş poeziyada, əlbəttə, hisslərin fəlsəfəsini verir.Bildinmi nələr oldu,canımın divarlarından sızdı ruhumun əzabları o gün.Əlimdə bəxtiyarlığın şəkliqara çərçivədə, qovuldum gecənin sahillərinə...Dəyanət bədii təfəkküründə çox dəqiqdir. Bu dəqiqlik fəlsəfiliyə gətirib çıxarır. Onun bir çox şeirlərində əgər biz eyni sözə rast gəliriksə, mütləq həmin söz fəlsəfədə olduğu kimi eyni mənanı verir, eyni poetik dərinliyə gedib çıxır. Dəyanətin yaratdığı obrazlar dəqiq olduğundan dağılmır, sökülmür və onun yaradıcılığında bütöv bir sistem əmələ gətirir. Bu mənada, Dəyanəti hisslər filosofu kimi də təqdim etmək mümkündür.Səndən gizlətdiyim utancaq sözlər damıruşaqlığımın yeganə şahidinimdaş şəkillər üstəürəyim dolanda.Dəyanətin işlətdiyi qəribə ifadələrdən biri də “Dünyamızın Tanrısı ixtiyar, şeytanı cavan” ifadəsidir. Bu elə bir poetik kontekstdə verilir ki, Tanrının qocalığı, müdrikliyi, təmkini, eyni zamanda şeytanın cavanlığı, çevikliyi... bunu bir insana da tətbiq etmək olar. Yəni insanın içərisində Tanrıdan gələn nələr var, Şeytandan gələn nələr var... Tək bu ifadələrin ətrafında böyük bir psixoloji konsepsiya, bir hisslər fəlsəfəsinin konsepsiyasını yaratmaq mümkündür. Budur şairin hünəri. Əgər şair bir sözü ilə, bir misrası ilə bir şeiri ilə bir böyük fəlsəfi konsepsiya yaratmaq ehtiyacını ortaya qoyursa, o şairdir. Əlbəttə, o, konsepsiyanı yaratmır, amma o ehtiyacı hiss edir və bu da şairin böyüklüyünə bir nümunədir. Dəyanət bəzi şeirlərində sıravi insan həyatının, sıravi insan ömrünün mənzərələrini çox həssaslıqla verə bilir. Qatarda, tramvayda ağır işdən sonra evinə dönən bir fəhlənin, bir zabitin, bir əsgərin hisslərini, əhval-ruhiyyəsini o qədər aydın, o qədər dəqiq şəkildə təqdim edir ki, sanki bütün bunlar Dəyanətin öz avtoportretidir. Burda onun ümumi yaradıcılığı ücün səciyyəvi konseptual məqam var. Ən fərdi olanlar və ən ictimai olanlar – bunların rabitəsi, münasibəti əsasında o öz lirik qəhramanını təqdim edir. Dəyanətin yaradıcılığında İlk-dən və Və-dən çox həmişə Son çox maraqlıdır. O həmişə Sona can atır, Sonu demək istəyir. Bu da onun yenə də bədii-fəlsəfi düşüncəsinin xarakteri, səviyyəsidir. Uyğusuz həyatım-güllə qabağındancan qurtarmış quş ürəyiIlk və Son arasındaIlk və Son kimi titrər...Mən əminəm ki, oxucular bu kitabla – “İlk... Və... Son...”la Dəyanətin yaradıcılığına daha yaxından bələd olacaq, bir daha tanıyacaqlar. Elə bilirəm ki, bu kitabdan sonra ədəbiyyatı sevənlər, böyük poeziyanı bilənlər, bizim ədəbi-ictimai mühit onu ən görkəmli şairlərimizdən biri kimi qəbul edəcək və bir daha sevəcəklər. 2009. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.