İsmayıl Ömərovun 65 yaşı tamam olub = TƏBRİK EDİRİK!.. MEDİA, Tv, Gürcüstan, Borçalı, Bolus, Təbriklər 20 Şubat TƏBRİK EDİRİK!..Bu gün - Fevralın 20-i xalqımızın dəyərli ziyalısı, tanınmış telejurnalist və ictimai xadim, Azərbaycanın əməkdar incəsənət xadimi,sabiq Millət vəkili, "Qızıl qələm" və "Araz" Ali Media mükafatlarının laureatı,Azərbaycan İctimai Televiziyanın yaradıcısı, qurucusu və ilk baş direktoru, çox hörmətli İsmayıl Abbas oğlu Ömərovun doğum günüdür. Daha dəqiq desək, Yubileyidir!.. Anadan olmasının 65 illik Yubileyi.İsmayıl Abbas oğlu Ömərov - 1954-cü il fevralın 20-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini müvəffəqiyyətlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini uğurla başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçib. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və digər teleserialların müəllifi və aparıcısı olub. 1990-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyalarının araşdırıcısıdır."Qızıl qələm" və "Araz" Ali Media mükafatlarının laureatıdır. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnən İsmayıl Ömərov 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olub.2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaradıb. 2009-cu ildə İsmayıl Ömərov təkrarən İTV-nin baş direktoru vəzifəsinə seçilib və o, ikinci müddəti də tam başa çatana kimi həmin vəzifədə şərəflə çalışıb. Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olub.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 noyabr 1998-ci il tarixli sərəncamı ilə İsmayıl Abbas oğlu Ömərova "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı verilib və o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 Noyabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.İsmayıl Ömərov 2017-ci ildə Gürcüstanda, Bolnisi şəhərində xidmətlərinə və töhvələrinə görə “Fəxri vətəndaş” seçilib. “Fəxri vətəndaş” diplomu və medalı Bolnisi Bələdiyyə üzvlərinin səsverməsi sonrasında yekdilliklə seçilmiş İsmayıl Ömərova bələdiyyə sədri tərəfindən şəxsən təqdim edilib. Azərbaycanın Xalq şairi, tanınmış ictimai xadim Sabir Rüstəmxanlı görkəmli jurnalist İsmayıl Ömərov haqqında necə də gözəl deyib: “İsmayıl Ömərov keçmiş millət vəkili kimi həmkarım, dostumdur. Uzun illər Azərbaycan televiziyasında səmərəli fəaliyyət göstərən bir jurnalistdir. Bunların hamısından əvvəl İsmayıl İctimai Televiziyanın qurucusu, onu ayağa qaldıran, onu şəkilləndirən, onu ətə-qana dolduran, formasını, məzmununu, yolunu göstərən bir adamdır. Bu səbəbdən mənim ona çox böyük hörmətim var. İctimai Televiziya yarananda hamı elə təsəvvür edirdi ki, bu televiziya 2-ci, 3-cü dövlət televiziyası olacaq. Azərbaycanda fəaliyyət göstərən proqramların dövlət siyasətini dəstəkləməsi normaldır. İsmayıl Ömərov məhz dövlətin, xalqın milli maraqlarına, Azərbaycanın dövlətçilik ənənlərinə riayət edərək İctimai Televiziyanı yaratdı. Düşünürəm ki, buna da nail oldu. Onun vaxtında İctimai Televiziyanın qapıları bütün ziyalılara, sənət adamlarına açıldı. Türkiyə “TRT-Avaz” vasitəsilə ilə telekörpü quruldu. Təəssüf ki, indi bağlanıb. Ögey-doğmalıq fərqi qoyulmadan bu kanal yola çıxdı. İsmayılın dövründə ictimai TV-nin efiri hamıya açıq idi. Düşünürəm ki, bu İsmayıl Ömərovun ən böyük uğurlarından biri idi. İctimai Televiziya Azərbaycanı “Evrovision” yarışında Avropa teleməkanına çıxartdı. Onun vaxtında Azərbaycan təmsilçiləri birinci oldu. Bu birincilik sayəsində də bütün Avropa sənətçiləri Azərbaycana gəldi. Burada möhtəşəm saray tikildi. Orada möhtəşəm musiqi yarışı keçirildi. Bütün bunların hamısında İsmayıl Ömərovun xidmətləri var. Bunu heç kim dana bilməz. Baxmayaraq ki, indi narazılıq yaranıb, oradan uzaqlaşıb. Onun əvvəlki işlərini heç kim dana bilməz, kölgə sala bilməz. Harda olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli maraqlarını hər zaman qoruyan bir insandır”. Biz də "ZİYA"nın və "ZiM.Az"-ın bütün yaradıcı heyəti adındanxalqımızın dəyərli ziyalısı, tanınmış telejurnalist və ictimai xadim, sabiq Millət vəkili, Azərbaycanın əməkdar incəsənət xadimi, "Qızıl qələm" və "Araz" Ali Media mükafatlarının laureatı,Azərbaycan İctimai Televiziyanın yaradıcısı, qurucusu və ilk baş direktoru, çox hörmətli İsmayıl Abbas oğlu Ömərovuanadan olmasının 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı şəxsi həyatında və şərəfli ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,Natiq HÜMBƏTOV,ZiM.Az20.02.2019.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.