Aşıq Samir CAMALOĞLU (1980) "SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus 15 Mart Aşıq Samir Camaloğlu(Samir Camal oğlu Qaraxanov) - 1980-ci il iyulun 6-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Qoculu kəndində anadan olub.Hələ orta məktəbdə oxuyarkən saza-sözə böyük həvəs yaranıb. Aşıq Kamandarın vurgunu olub. Saatlarla Ustad Kamandarı - Xan Kamandarı dinləməkdən bezməyib, yorulmayıb. Valideynləri Samirin saza olan sonsuz sevgisini duyub, onu Qoçulu Aşıq Xanların yanına aparıblar. Aşıq Xanlar Samiri yoxladıqdan sonra böyük məmnuniyyətlə, onu özünə şagird götürüb. Samir də elə ilk gündən ilk ustadı Aşıq Xanlardan sazın sirrlərini öyrənmək üçün öz üzərində böyük əzmlə çalışıb. Samir Camaloğlu biliyini, bacarığını artırmaq üçün Bakıya gəlib, Aşıq Əşrəf Qəriboğlu kimi tanınmış ustaddan dərs alıb.Samir Camaloğlu, eyni zamanda, dayısı Ustad Aşıq Murad Kövrəkdən bəhrələnib. Aşıqlıq sənətinin böyüklüyünü, sazın-sözün möhtəşəmliyini, incəliyni, dərinliyni öyrənib. Samir Camal oğlu gənc olmasına baxmayaraq, artıq böyük el məclislərində, el şənliklərində, eləcə də, ad günləri, toy-nişan məclislərində fəal iştirak edir, sevilə-sevilə dinlənilir.Biz də Aşıq Samir Camaloğluna yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.