Nizami Saraclı: "YA MƏDƏD HAQDAN, DEDİK..." "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov 27 Mayıs Görkəmli elm xadimi, məşhur Azərbaycan alimi,tanınmış dilçi-türkoloq, zəhmətkeş tədqiqatçı,Nyu-York Elmlər Akademiyasının akademiki,təcrübəli ali təhsil işçisi, uzun müddətAzərbaycan Ali Hərbi Dənizçilik Məktəbində"Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezidenti yanındaAli Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovunanadan olmasının 70 illik yubileyi münasibətiləYenə könül sazını köklədik, “Ruhani”yə,Qanadlandı duyğular, -ya Mədəd Haqdan,-dedik.Heç bilmədik, keçməmiş biz ikinci havaya,Dost yaşı yetmiş olar, -ya Mədəd Haqdan,-dedik.Bu yol uzun bir yoldu: ayrılığı, buluşu...Daim ürək parçalar tənha durna duruşu...Olmasaydı sonunda dərddən can qurtuluşu,Bitməzdi bu qayğılar,-ya Mədəd Haqdan,-dedik.Dönüb baxdıq arxaya:eniş-yoxuş;dərə-dik...Yollar uzanıb gedər, bir yandan da qəriblik...Düşünəndə, axı, biz qərib düşən deyildik,-Gözə durdu “qurğu”lar, ya Mədəd Haqdan,-dedik.Seyrəldi şənliyimiz o kənd ortalığında?Gözlərinə çöp düşdü çeşmənin-bulağın da...Alışdı nənələrin ağısı dodağında?Neyə döndü qarğılar,-ya Mədəd Haqdan,-dedik.Ev var açmır qapısın, hətta, ağ yel, qara yel,Çəpər var torpağına sancılı qalıbdı bel...Acı qanqal bitirir qapı-baca, çəmən-çöl...Baxsan, ürək burxular,-ya Mədəd Haqdan,-dedik.Deyimmi yurdumuzu biz niyə tərk eylədik?-Geydik əsgər paltarı qeyrəti görk eylədik...Anamız Borçalıya oğul tək ərk eylədik,Unuduldu qorxular...-ya Mədəd Haqdan,-dedik.Çox qeyrətli oğullar kənar qaldı diqqətdən,Yaltaq, yağı malıtək payın aldı Dövlətdən...Bu namərdlər, sözü də axır saldı qiymətdən,İşə keçmir vurğular,-ya Mədəd Haqdan,-dedik.Bizim Allahdan olub yalnız umacağımız,Yalvarmışıq sönməsin arxada ocağımız.İstiqlala həsr oldu cansulu çağımız,İrəldə son savaş var,-ya Mədəd Haqdan,- dedik.Millət bir aylıq yolu indi keçir bir günə,Bəs, sınırı neyləyək, şükür Haqqın hökmünə!Bax, bu birə salıbdı biz qocalar kürkünə,İmkan et olmayaq xar,-ya Mədəd Haqdan,-dedik. Türkün bəxti atıtək yüyrək olub həmişə,Ram olmayıb dövrana, baş əyməyib gərdişə.Bu bəyaz saç-saqqala, bəs, bu tökülən dişəOxunmazmı ağılar,-ya Mədəd Haqdan, dedik.Qadağalar qoyulur birucdan get-gəlişə,Adam var ki, illərdi həsrət qalıb görüşə,Bu yollarda dönərkən, biz dəli bir dərvişə?Dildə Yahu! Yahular!.. Ya Mədəd Haqdan,-dedik.Sən ey Mədəd Çobanlı, bu nə düyün qaşında,Xocam, cavan oğlansan sən ki, yetmiş yaşında!?İnşallah, cavablanar bir bulağın başındaBu cavabsız sorğular...Ya Mədəd Haqdan, - dedik. “Press-Media” qəzeti, N: 07 (107), 14 aprel, 2007;“Şəрqin səsi”, N: 04 (199), mart, 2007.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.