Cəvahir QARAQIZI: "Atacağam tənhalığın daşını.." "SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Müsabiqə, Bolus 7 Kasım Cəvahir Qaraqızı - qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi şəhərində anadan olub. Ali təhsilli iqtisadçıdır. İyirmi ildir Azərbaycan Maliyyə sektorunda rəhbər vəzifədə çalışır. Dövrü mətbuatda və müxtəlif almanaxlarda şeirləri dərc olunub. "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin Sədridir."Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" və "Dünya Azərbaycanlıları Konqresi"nin üzvüdür. "Abdulla Şaiq", "Qızıl qələm" və "Zirvə" mükafatları laureatıdır.Biz də hörmətli Cəvahir xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..ZiM.AzSəni sevdimSəni sevdim bu dünya,Bir sehir oldu mənə.Gündüz günəş, gecə ay,Nəğmə dedilər yenə.Səni sevdim küləklər,Aldı dərdim apardı.Dəli dolu rüzgarlar,Bir özgə hava çaldı.Səni sevdim dil açdı,Çəmən, çayır oxudu.Yollar, izlər, cığırlar,Hər tərəf gül qoxurdu.Səni sevdim dağlardan,Ötdü duman, ötdü çən.Yaşamağın nəşəsin,Səndən aldı bu aləm.Səni sevdim yamandan,Pisdən qutardı dünya.Bir ayrı rəngə girdi,Güldü, sevindi, dünya.Cəvahirin sevgisi,Yerdi, göydü dənizdi.Dünya bizim evimiz,Sevdası eşqimizdir!Sevdası eşqimizdir!Dünya Gəl dərdinə həmdəm olum, Yaziq oldun, yazıq Dünya.Naşıların hədəfində,Bağrın qazıq-qaziq Dünya!..ÖyrəndimHəsrət nədir bilməz idim,Sənsiz öyrəndim, öyrəndim,Dərd tarlasına toxumuSəpdim öyrəndim, öyrəndim...YuxuQəm sevincin, sevinc qəmin,Bu hissi tək yaşayıram.Yumruq boyda ürəyimdəDünya qəmin yaşayıram.Qış tez gəldi, soldu güllər,Payız ağlatdı bağları.Dunya bir qaçhaqovdakıEndirdi uca dağları. Gələn gəldi, gedən soldu...Ömrüm keçdi sağa-sola,Bir taleyi verdim yola,Dünənimi qova-qova,Bu günümə yetən oldum,Sənin üçün bitən oldum.Qış səhərləriKövrək agacların xışıltısıylaUzun gecələrin pıçıltısıyla Narın, bəyaz qarın işıltısıyla İsinir, isidir qış səhərləri.Yurd salıb yamacda yollarin üstəCigirlar yuxudur yolların üstəSərçələr çıgrışır kollarin üstəNagılın izidir qış cəhərləri.Cəvahir, daglarin qışından danış,Ötən baharından, qışından danışİl üstə il gələn yaşından danışHəyatın sözüdür qış səhərlərı.İstərəm Taleyin əcəl kəmərinBelindən açmaq istərəm,Səni allıb bu dünyadan Götürüb qaçmaq istərəm.Gəl gedəlim uzaqlara,Söz çatmayan qulaqlara,İrmaqlardan irmaqlara,Quş olub uçmaq istərəm.Sənsiz deyiləm nəşədə,Gecəm-günüm əndişədəEşq şərbətin bir guşədə,Səninlə içmək istərəmCəvahir der asan deyilDaim yaşar süsən deyilDost yoluna düzən deyilBu işi biçmək istərəm.Sən gələcəksənPəncərəmə gün düşüb,Qəlbimə səs-ün düşüb,Kədərim də gen düşübBəlkə sən gələcəksən.Daglar qol-boyun olubUşaqlar oyun olubQonşu qiz boyun olubDeyir sən gələcəksən.Həyət baca güllənibCıgırlar ətirlənibBudaqlar çətirlənibDeyir sən gələcəksən.Yolda bir ətək dözümYolda bir dünya sözümBir də Cəvahir özüDeyir, sən gələcəksən.Qalıb, sən gələcəksən.GəlinəBu nə toydur, nə büsatdır ay gəlinSəni alan yarıyıbdır bəxtindən.Durun tamaşaya ay ellər gəlinBir gözəl enibdir göylər təxtindən.Doğulub dünyanın təzə LeylisiOna layiq olan Məcnunu varmı?Elimin- günümün gözəl balasıSeçdiyin de sənə layiqli yarmı?!Cəvahirdən bu leyliyə bir naməYarıyan olasan bəxtindən gəlinAbad olsun evin qurulsun xanənHeç vaxt enməyəsən taxtından gəlin!Səninlə yenidən görüşmək üçün.....Bir gözəl düşübdür yadıma mənim,Bir istək qəlbimi yandıracaqdır.Sonra da gözlərimdə dərdli həsrətin,Hara getsəm səni soruşacaqdır.Sənmi tələsmişdin, mənmi gecikdim.Günahı de kimə bağlayım indi,Mənim qismətimə sən düşəcəkdin,Sənin də bəxtin mən olardım indi.Hara getsəm səni soruşacaqdırBaxacam gözlərə sənin gözünçün, sözlərə sözünçün,Qızlara baxacam,tək səndən ötrü, bəlkə səni görüm.....Birisi gözüylə, sözüylə özüylə, sənə bənzəyəcək. Amandır, aman, birdən sən bilərəmTutub əlindən,aparıb anama göstərərəm mən,Yığmısan gözünü gözümə sözünü sözümə,Bir yazıq baxışla, Gəl mənə özünü bağışla. Atacağam tənhalığın daşınıAtacağam tənhalığın daşını,Çıxacam o yerə sən gələcəksən,Gözümdən siləcəm həsrət yaşınıSəninlə yenidən görüşəcəyəm. Dolacaq qəlbimə bir dəli həsrətYaş o yaş olaydı, gündəki o gün.Səninlə rastlaşım təzədən gərəkSəninlə yenidən görüşmək üçün.Cəvahirəm sizə yazdım bu şeriBir igid oğlana, bir gözəl qıza.Məndən ötdü şirin gənclik illəri.Siz verin baş-başa, verin baş başa.DünyaTorpaq özü mat qalıbdırYaratdıgı varlıqlara.İnsan çıxıb AllahıylaQismətiylə qeylü-qala.Torpaga bax damarlarıÇəkilibdir tarım-tarım.Üzərində hələ çoxmu gəzəcəkdirYaratdıgı insanları qarın-qarın,Sinəsini deşən vardir ,Dünyamızı eşən vardir.Heç bilmirsən nə millətdir Nə sifətdir, nə zillətdir?!Niyə belə qənim olub varlıgına...İnsan qənim kəsilərmi?Qismətinə saglıgına?! Cəvahirəm deyim bilinDünya sənin, dünya mənimAglar gözün, yaşın silinO, aglarsa çarəsi yox O gülərsə sənin, mənim hər bir kəsin ...Sarı bülbül Bağlar güldü, qəlb sızladıNə ağlarsan, sarı bülbülQış qışladı, yaz yazladıOd ağlarsan, sarı bülbül.Sarı bülbül qəlbim qandıAyrılığın nə yamandı. Deyirlər kı odda yandıKülə döndü bağrı bülbül.Mənim günüm ahu-zardıSənin eşqin ilk bahardı,Axı söylə niyə qaldıİlk sevdamız, yarı bülbül.Könlü qırıq tel ağlasın,Dağdan ötən yel ağlasın, Dodaq yanıb, dil ağlasınAy eşqimin varı bülbül.Cəvahirəm eşqimdən kəm,Getdi yarım qaldım nakam,Gəl ağlama, eyləmə qəm De hər kəsə yarı bülbül.“Dünya tənhalaşır”… silsiləsindənMənim sevdiyimi bəxtim sevmədi,Taleyim sevmədi, Tanrım sevmədi...Qismətim beləymiş söylədi hər kəs,Qismətlə qismətlə barışam gərək?!Necə barışıga gəlim söylə bir,Sən könül dünyamı viran eylədin.Yıxdın al taxtımi, şirin röyamı,Gölərim önündə tarmar eylədin.Xilaskar əllərim uzalı qaldı,Əcəl alıb məndən apardı onu.Aylarım, illərim zavallı qaldı,Eh kim əvəzləyər, əvəzlər onu.Məndən içəridə tənha bir qadın,Onu ovundura bilmir sözlərim.Xəyalımda əksin dilimdə adın,Yollarda, izlərdə qalıb gözlərim.Kim dönüb geriyə gedər-gəlməzdən.Yaxından uzaqdan sordugun yetərDüşür saçlarına birər-birər dən.Cəvahir gedənlər dönməz o yerdən,Dönməzlər, dönməzlər, dönməz, biləsən...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.